Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa Rusiya üçün xüsusi tribunal yaradacaq

Fransa öz beynəlxalq tərəfdaşları, o cümlədən Ukrayna ilə birlikdə Rusiyanın hərbi cinayətlərinin araşdırılması üzrə xüsusi tribunal yaratmaq təklifi üzərində işləməyə başlayıb.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Rusiyanın təcavüzü zamanı Ukraynada törədilən cinayətlərin cəzalandırılması Fransa üçün prioritet təşkil edir. Ölkə həm Ukrayna ədliyyə sisteminin, həm də Beynəlxalq Cinayət Məhkəməsinin dəstəklənməsi üçün səfərbər olub. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsi bu cinayətlərdə əli olanların məsuliyyətə cəlb edilməsi üçün qərəzsiz və müstəqil araşdırmalar aparmaq hüququna malikdir.

Rusiyanın Ukraynaya təcavüzü cinayətləri üzrə xüsusi tribunal yaratmaq təklifi əsasında biz avropalı və ukraynalı tərəfdaşlarımızla işə başladıq. Avropa Komissiyasının sədri Fon der Lyayenin vurğuladığı kimi, söhbət beynəlxalq birlikdə maksimum geniş konsensusa nail olmaqdan gedir”, - deyə məlumatda qeyd edilib.

Həmçinin vurğulanıb ki, Paris Kiyevlə birlikdə cinayətlərin cəzasız qalmasına qarşı mübarizə işlərini dərinləşdirmək istəyini təsdiqləyib. Bununla bağlı noyabrın 29-da Ukraynanın xüsusi nümayəndəsi Anton Korineviçin Fransaya səfəri zamanı məlumat verilib. (oxu.az)

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar