Bazar, 29 Yanvar 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Berlin Pub”da qətl törədən idmançı ilə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində “Berlin Pub”da qətl törətməkdə təqsirləndirilən Orxan Şahbazovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az xəbər verir ki, hakim İlqar Murquzovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2021-ci il avqustun 30-da saat 08:10-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlu aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyüb. V.Mustafayev qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri alıb. O, xəstəxanada ölüb.

O.Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

pia.az 


Etiket: Qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda binanın mansardında tikilən əlavə balkon sökülür - Video, Yenilənib

Zaur, Xoşqədəm və Elgiz həkimləri neçəyə reklam edir? – Fantastik qiymətlər

Naxçıvan Şəhər Polis İdarəsinə yeni rəis təyin olunub

Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən Vasif əməliyyat olundu

Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun xronologiyası - Görüntülər

İbrahim Rəisi Prezident İlham Əliyevə zəng edib

Sabahdan rayonlara qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

Amerikalı general ABŞ-Çin müharibəsinin tarixini proqnozlaşdırdı

Səfirliyə terror hücumunda şəhid olan Orxan Əsgərovun yas mərasimi keçirilir

“Məzarıma bir cüt ayaqqabı qoyun, ayağıyalın geyib getsin...”

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti vəfat edib

Ən çox oxunanalar