Pəncə-Kilid əməliyyatı çərçivəsində yaralanan daha bir əsgər şəhid olub...
PİA.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi Pəncə-Kilid əməliyyatı bölgəsində separatçı terror təşkilatı ilə qarşıdurmada yaralanan Topçu Mütəxəssisi Çavuş Nedim Korkmazın şəhid olduğunu açıqlayıb.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir:
“30 noyabr 2022-ci il tarixində Pəncə-Kilid əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvləri ilə qarşıdurma nəticəsində yaralanan qəhrəman yoldaşımız Topçu Mütəxəssis Çavuş Nedim Korkmaz edilən bütün müdaxilələrə baxmayaraq, xilas ola bilməyib və şəhid olub. Münaqişədə 3 separatçı terrorçu zərərsizləşdirilib. Bizi dərindən kədərləndirən bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyirik”.
Milli Müdafiə naziri Hulusi Akar də şəhid əsgər üçün başsağlığı verib. Akar mesajında deyib:
“Qəhrəman silahdaşımız 30 noyabr 2022-ci ildə şəhid oldu. Öz adımdan və Milli Müdafiə Nazirliyi üzvləri adından qəhrəman şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə və nəcib xalqımıza başsağlığı və səbr diləyirəm”.
pia.az