Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Toyota”ya Covid zərbəsi

Dünyanın ən böyük avtomobil istehsalçısı olan “Toyota”nın qlobal istehsalı rekord səviyyədən aşağı düşüb...

PİA.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, şirkət Covid pandemiyası və yarımkeçirici çatışmazlığı səbəbindən qeyri-müəyyən bir vəziyyət barədə xəbərdarlıq edib.

“Toyota Motor Corp.” oktyabr ayında 771 min 382 maşın istehsal edərək, əvvəlki ayda 887 min 773 ədəd olan rekord səviyyəyə qədər azalıb. Səbəbin isə Covid pandemiyası və yarımkeçirici çatışmazlığı olduğu deyilir.

Ötən illə müqayisədə istehsal artıb

Çərşənbə axşamı “Toyota” tərəfindən verilən açıqlamada cənub-şərqi Asiyada Covid-in yayılması ilə təchizat zəncirinin pozulduğu 2021-ci ilin oktyabr ayı ilə müqayisədə istehsalın 23% artdığı ifadə edilib.

Dünyanın ən böyük avtomobil istehsalçısı hazırda virusun və məhdudiyyətlərin təsiri altında olan Çində istehsalının bir hissəsini tənzimləməyə çalışır.

“Toyota”nın qlobal satışları da əvvəlki ilə görə 23% artaraq oktyabr ayında cəmi 832 min 373 ədədə çatıb. Moyabrın əvvəlində şirkət mart ayına qədər maliyyə ili üçün qlobal hədəfini endirib.

“Toyota” səhmləri dünən Tokioda 1,2% ucuzlaşıb. Bu il isə səhmlər 4,6% ucuzlaşıb.

Qeyd edək ki, həmçinin, “Nissan” da oktyabrda qlobal istehsalın illik müqayisədə 2,4% azalaraq 297 801-ə düşdüyünü açıqlayıb. Bu, son 4 ayda ilk azalma kimi qeydə alınıb. Satışlar da 13% azalıb.

pia.az


Etiket: Toyota

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar