ABŞ prezidenti Co Bayden İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hərbi müdaxiləyə əl atmağa hazırdır...
APA xəbər verir ki, bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli deyib.
“Prezident bildirib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün son çarə hərbi ssenari olacaq”, - deyə o bildirib.
Malli sözlərinə görə, bunun vaxtı hələ açıqlanmayıb. O, ABŞ-ın hələ də gücdənsə diplomatiyaya üstünlük verdiyini vurğulayıb.
pia.az