Rusiyalı milyarder Yevgeni Priqojin Mərkəzi Afrika Respublikası həbsxanalarında cəza çəkən üsyançıları “muzdlu əsgər” olaraq Ukraynadakı müharibəyə cəlb edir…
PİA.az xəbər verir ki, belə bir iddia ilə The Daily Beast nəşri çıxış edib.
Nəşr yazır ki, “Vaqner” qrupu Priqojin Mərkəzi Afrika Respublikası (MAR) həbsxanalarında cəza çəkən üsyançılara azadlıq vəd edərək Donbasa yollayırlar. Bu barədə The Daily Beast iki yürsək çinli MAR ordusu zabitindən məlumat alıb.
Qeyd edək ki, Yevgeni Prqojinin qurduğu “Vaqner” Özəl Hərbi Şirkət uzun illərdir ki, MAR-da höküməti üsyançlara qarşı müdafiə edir. “Vaqner”çilər MAR ordusuna təlim keçməklə bərabər həmçinin bu ölkənin mədənlərindən çıxarılan almazı da qaçaqmalçılıq yolu ilə Rusiyaya və digər qara bazarlara çıxarırlar.
pia.az