Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropanın Rusiyadan təbii qaz idxalı rekord həddə çatıb

Avropa ölkələri ilə Rusiya arasında “enerji müharibələri” davam edir...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa ölkələrinin Rusiyadan dəniz yolu ilə təbii qaz idxalı rekord qırarkən, ilin ilk 10 ayında Rusiyadan LNG idxalında artım 40%-i keçib.

“Financial Times”ın xəbərinə görə, Avropa ölkələri ilə Rusiya arasında enerji müharibələri yaşanarkən, dəniz yolu ilə təbii qaz ticarəti artmağa davam edir. Avropanın Rusiyadan dəniz yolu ilə idxal etdiyi təbii qazın 16%-ni təşkil edən LNG idxalı ilin ilk 10 ayında illik bazada.42% artıb.

Məlumata görə, Rusiya LNG-nin Avropa ölkələri tərəfindən idxalı 17,8 milyard kubmetr təşkil edib.

Rusiya fevralın 24-də Ukraynaya müdaxiləsindən sonra tətbiq etdiyi sanksiyalara görə quru yolu ilə Avropaya göndərdiyi təbii qazın həcmini kəskin şəkildə azaldıb. Rusiya may ayında Yamal-Avropa xəttində təbii qaz axınını dayandırıb, Almaniyaya birləşdirən “Şimal axını-1” xəttində isə qaz axınını kəsib.

Avropa ilə Rusiya arasındakı boru kəmərləri ilə nəql edilən qaz illik bazda 80% azaldığı halda, Avropa bəzi alternativlərə, xüsusilə LNG-yə üz tutaraq qaz tədarükünü təmin etməyə çalışır. Avropa ölkələrinin LNG idxalında ABŞ 42% bazar payı ilə birinci, Rusiya 16%, Qətər isə 13,7% payla ilk üçlüyü tamamlayır.

pia.az


Etiket: Rusiya Avropa

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar