Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Molla rejiminin islam yalanı və müsəlman dünyasına qarşı İran-ABŞ müttəfiqliyi…

Fakt budur ki, Tehran rejimi heç vaxt düşmən elan etdikləri ilə düşmənçilik etməyib. Əksinə, öz xalqı, qonşuları və dini ilə amansız düşmənçilik etməkdədir…

İyad Əbu Şakra, Siyasi analitik, tarixşi
“İndependent” qəzeti

İran inqilabının dini lideri, ərəb və qeyri-ərəb müstəmləkələrinin ilahi səlahiyyətlisi Əli Xameneyi rejiminə qarşı qlobal komlo haqqında kitabı hər kəsin oxumaq haqqı var.

Amma Xamenei və onun rejiminin problemi artıq rejimin həqiqi üzünü, ikiüzlülüyünü, hakim dairənin fitnə-fəsadlarını və əməllərinin vəhşiliyini kəşf edən İran xalqıdır. İran-Kontra anlaşmasının ifşa olunmasından üzü bəri Tehranın özünə düşmən elan etdikləri ilə şübhəli müasibətlərindən hələ ki, danışmırıq. Tarix kitabları gələcəkdə ABŞ-ın liderlik etdiyi Qərb dövlətlərinin iki mühüm məsələyə əmin olduqdan sonra Tehran mollalarının hakimiyyətə gəlməsinə razılıq verdiklərini açıqlayacaq.

Bu iki məsələdən birincisi Şah Məhəmməd Rza Pəhləvi rejiminin marksist soldan dini ifrat sağa qədər onu devirmək istəyən bir sıra partiyaların qarşısında artıq tab gətirə bilməyəcəyinə qəti əminliyin mövcudluğu idi. Ona görə də şahdan sonrakı dövrə tədricən hazırlaşmaq və mövcud alternativlər arasında müqayisə aparmaq lazım idi.

İkincisi, Qərb düşərgəsinin ən böyük düşməni olan Sovet İttifaqının qocalıq və zəifləmə dövrünə qədəm qoyması idi. Buna əsaslanan Qərb, xüsusilə Vaşinqton bir imperiya olarq tükənən Moskvanı bitirmək üçün silahlı siyasi islam qurmaq strategiyasını qəbul etdi.

Vaşinqton sanki, şərqdə Pakistan və Əfqanıstandan tutmuş, qərbdə Şimali Afrikaya qədər Yaxın Şərqin bütün bölgələrində mövcudluğunu gücləndirmə barədə mərcə girmişdi.

Qərb İranın simasından Yaxın Şərqdə strateji düşüncə müharibəsi çərçivəsində ideal silahlı siyasi islam alternativi tapdı.

Kommunizmə düşmənçilik təkcə Cənub-Şərqi Asiya və Latın Amerikasında deyil, həm də ərəb dünyasında həmişə Qərb siyasi diskursunun mühüm tərkib hissəsi olub. Kommunizmi mühasirəyə almaq və onun hərbi ittifaqlar vasitəsilə yayılmasının qarşısını almaq siyasəti qırxıncı illərin sonundan əllinci, altmışıncı, yetmişinci illərə qədər və “soyuq müharibə”nin sonuna qədər beynəlxalq mübarizənin əsasını təşkil edirdi. Bu kontekstdə Sovet İttifaqının Avropadakı təsirini məhdudlaşdırmaq üçün 1949-cu ildə Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) yaranmışdı.

Sonra Kuba inqilabının qələbəsindən sonra “qırmızı kabus”un Latın Amerikasında da yayılmasının qarşısı alındı. 1956-cı ildə Sovet İttifaqının Yaxın və Orta Şərqə genişlənməsinin qarşısını almaq üçün Bağdad paktı yaradıldı. 1958-ci ildə İraqın geri çəkilməsindən sonra paktın adı dəyişdirilərək CENTO (Mərkəzi Müqavilə Təşkilatı) adlandırıldı. Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatı (SEATO) 1954-cü ildə kommunizmin Çin, Hind-Çin və Şimali Koreyadakı qələbələrindən sonra Uzaq Şərq və Cənubi Asiya regionlarında kommunizmin yayılmasına qarşı mübarizə aparmaq üçün yaradılmışdı.

Hərbi ittifaqlarla mühasirə siyasəti 1945-ci ildə Hirosima və Naqasakiyə atılan və o zaman yeni dünya düzəni, Qərb və Şərq bloklarının qarşılıqlı təsir imkanları barədə xəbərdarlıq edən post-atom bombardmanı dövründə çarə oldu.

Mühasirə, mühafizə və sonra yenə mühafizə yolu ilə, hamı üçün dağıdıcı olacaq qlobal münaqişəyə girmədən çoxsaylı regional zəiflətmə və şantaj müharibələri aparmaq mümkün oldu.

Həqiqətən, çoxsaylı müharibələr, o cümlədən Hind-Çin müharibələri (Vyetnam, Laos və Kamboca) kimi fasiləsiz, genişlənən və zəifləyən regional münaqişələr və ya Ərəb-İsrail müharibələri kimi aralıq müharibələr və ya regional ssenarilərə yol açan müharibələr in şahidi olduq.

Bu son müharibə növlərindən ən görkəmliləri arasında Hindistanın bölünməsindən sonra Pakistan müharibəsi, Əfqanıstan müharibəsi, birinci İraq-İran müharibəsi, Anqola müharibəsi, Efiopiya müharibəsi və s.müharibələri misal olaraq göstərmək olar.

Bu məqamda İran-Kontra müqaviləsindən əvvələ işıq salmağa layiq olan bir dövr ABŞ-İran münasibətlərinin tarixini araşdıranların diqqətindən yayınmamalıdır. Sözügedən dövr Riçard Helms adlı çox mühüm Amerika diplomatı və təhlükəsizlik xadimi ilə bağlıdır. Helms “Soyuq Müharibə”nin həlledici son mərhələsində iki çox incə vəzifə tutdu: 1966-1973-cü illərdə CİA-nın direktoru və 1973-1976-cı illərdə isə ABŞ-ın İrandakı səfiri oldu. Beləliklə, Helms Yaxın Şərqdəki qarışıqlığın tam ortasındı idi.

1967-ci ilin iyun müharibəsi və 1969-cu ildə Sudan və Liviyada hərbi çevrilişlər, ardınca 1970-ci ilin sentyabrında İordaniya hadisələri, Camal Əbdünnəsirin ölümü və Ənvər Sədat dövrünün başlanğıcı ilə yanaşı, Suriyaİraqda dəyişikliklərin şahidi olduq.

İrana gəlincə, Helmsin İrandakı vəziyyətlə bağlı müşahidələri və daxili təqibi onun orada səfir olması faktı ilə gücləndirilib. Şahın vəziyyəti və onun rejimi haqqında topladığı və təhlil etdiyi məlumatlar, bəlkə də təhlükəli strateji rol oynamağa uyğun gələn bir ölkə ilə münasibətlərin gələcəyinə dair rəsmi Amerika mövqeyini formalaşdırdı.

İlkin məqsədə gəlincə, Vaşinqtonun Tehran mollalarını İrandakı sol qüvvələri qabaqlamaqla, şah hakimiyyətinin mollara miras verilməsi uğrunda mübarizəsi uğurla yekunlaşdı. Bu, nəinki Sovetlərin İranı öz təsir dairəsinə daxil etməkdən çəkindirdi, həm İranı, həm də Pakistanı “silahlı siyasi islam” üçün strateji bazaya çevirdi.

Əfqanıstanı Sovet İttifaqı üçün bataqlığa çevirdi və onun süqutunu sürətləndirdi.

İkinci məqsədə gəlincə, islam inqilabının ixracı layihəsi regionun siyasi, dini və məzhəb kimyasını dəyişdirərək, gərginlik, düşmənçilik, fanatizm, köçkünlük və terror toxumları səpdi.

Bu yerdə İraqın işğalından sonra hərbi inzibatçısı olmuş Paul Bremerin “Biz şiə əksəriyyətini əsrlərdir (!) davam edən sünni hökmranlığından azad etdik” ifadəsi yada düşür.

Yenə hadisələrə İraq kontekstindən yanaşma: Xameneyi və onun ərəb ardıcıllarının Amerika komplsou ilə bağlı ritorikasına baxmayaraq, yada salaq ki, İranda mühacirətdə olan İraq şiə liderləri 2003-cü ildə ABŞ-ın Bağdadı işğalından sonra İraqa ilk qayıdanlar oldu.

Livana gəlinsə... İrana bağlı Livan Hizbullahı silahını cənub cəbhəsindən çıxarıb, əvvəlcə Livanın daxilinə, sonra isə Suriyaya nəql etdikdən sonra İsraillə dəniz sərhədlərinin müəyyən edilməsinə dair razılaşma mövzusu hələ də qüvvədir.

Nəhayət, ərəb sferasında, Tehran rejimi Vaşinqtonun maraqlarına xidmət edib və edir.

İşğala müsətmləkəçi yanaşma bir çox ərəb ölkələrini, ya ABŞ-dan silah alışını artırmağa, ya da hansısa formada çəkindirmə və yaxud strateji tarazlıq yaratmaq ümidi ilə İsraillə münasibətlərini normallaşdırmağa məcbur edir.

Fakt budur ki, Tehran rejimi düşməni olduğunu iddia etdiyi şəxslərlə heç vaxt düşmənçilik etməyib. Əksinə, xalqı, qonşuları və dini ilə amansız düşmənçilikdədir.

Canlı və azadlıq həsrətində olan İran xalqı bu rejimin ilk qurbanları oldu. Əsrlər boyu yaxın qonşu, mədəniyyət və sivilizasiya tərəfdaşı olan ərəb xalqı isə tolerant və inklüziv islam birliyinin ikinci, üçüncü qurbanı oldu.

Tərcümə PİA.az-a aiddir

Orijinal

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar