Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclis sülhməramlılarla bağlı Rusiya parlamentinə müraciət edəcək

Milli Məclisin Regional məsələlər komitəsi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə Azərbaycan toponimlərini dəyişdirməsinə görə bu ölkənin parlamentinə müraciət ünvanlayacaq

PİA.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, komitə sədri Siyavuş Novruzov parlamentin noyabrın 29-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları üçtərəfli görüşdə imzalanan bütün protokollara, hətta Vladimir Putinin imzasına da hörmətsiz yanaşırlar: “Çünki protokolların hər birində regionların adı bizim qeyd etdiyimiz adla gedir. Bunu köhnə adla orda təqdim etməyin heç bir yeri yoxdur. Regional məsələlər komitəsi olaraq, bununla bağlı Rusiya Dumasının Regional komitəsinə müraciət hazırlamışıq. Sizinlə məsləhətləşəndən sonra müraciəti onlara göndərmək istəyirik. Eyni zamanda Rusiya Müdafiə Nazirliyinə, digər strukturlara göndəriləcək. Onsuz da ermənilər tərəfindən Qərbi Azərbaycanda mindən artıq toponimlərimiz dəyişib".

Deputat bildirib ki, Rusiya sülhməramlılarının sentyabr ayından sonra sülh yaratmaq əvəzinə, separatizmə dəstək verməsi heç də düzgün hal deyil: "Əgər öz funksiyalarını yerinə yetirə bilmirlərsə, onda fəaliyyətlərini dayandırmalarını xahiş edək. Çünki bizə separatçı yox, sülh yaradan lazımdır”.

pia.az 


Etiket: Milli Məclis


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar