Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belçikanın məğlubiyyətinə görə başlayan şiddətli etirazlarda 11 nəfər həbs edildi

Dünya Çempionatında ağır məğlubiyyət yaşayan Belçika küçələrində şiddətli etiraz aksiyaları həyata keçirən şəxslər həbs olunub...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qətərdə davam edən Dünya Çempionatı çərçivəsində dünən keçirilən və Mərakeşin 2:0 hesabı ilə qalib gəldiyi Belçika-Mərakeş matçından sonra Belçikanın paytaxtı Brüsseldə zorakı hadisələr yaşanıb. Belçika polisi 11 nəfərin saxlanıldığını bildirib.

Belçikada fəaliyyət göstərən radikal sağçı Flaman Milli Partiyası (De Vlaams Nationale Partij) dünənki matçdan sonra Brüssel küçələrində baş verən zorakılığın görüntülərini paylaşıb və hadisələrdə mühacirləri günahlandırıb.

Brüssel polisi bir avtomobili yandıran, dükanların şüşələrini sındıran və atəşfəşanlıq edən nümayişçilərə qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib. Paytaxtda bəzi metro stansiyaları, avtobus və tramvay xidmətləri ləğv edilib. Polis hadisələrlə bağlı 11 nəfərin saxlanıldığını açıqlayıb.

Mer: “Hadisələri qətiyyətlə qınayıram”

Brüssel meri Filip Klouz dünən gecə saatlarında hadisələrin nisbətən sakitləşdiyini bildirərək etirazçıları qınayıb.

Şəhər meri Klouz:

“Mən bu gün günortadan sonra baş verən hadisələri qətiyyətlə pisləyirəm. Polis ictimai asayişi qorumaq üçün əlindən gələni edir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar