Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan icmasının Fransa Milli Assambleyası önündə etiraz aksiyası keçirilib - Yenilənib

Azərbaycan diasporunun üzvləri erməni lobbisinin oyuncağına çevrilmiş fransız deputatların ölkəmizə qarşı sanksiyalar tətbiq olunmasına dair qərəzli və ədalətsiz qətnamə layihəsinə etiraz olaraq, Fransa Milli Assambleyasının qarşısında mitinq keçirirlər...

Noyabrın 28-də Avropada yaşayan Azərbaycan icması Fransa Milli Assambleyasının yaxınlığında Azərbaycan əleyhinə qətnamənin müzakirəsinə cavab olaraq dinc etiraz aksiyası keçirib.

PİA.az xəbər verir ki, aksiya zamanı soydaşlarımız əllərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamları, Xocalı soyqırımını əks etdirən fotoşəkilləri, o cümlədən amansızlıqla qətlə yetirilmiş dinc azərbaycanlı qadın və uşaqların fotolarını, “Qarabağ Azərbaycandır!, “Ədalət tələb edirik!”, “Terrorizmə YOX deyirik!”, “Milli Assambleya ədalətli olmalıdır!”, “Riyakarlığı durdurun!”, “Cənubi Qafqazda sülhün bərqərar olması üçün Fransa neytral olmalıdır!”, “Erməni terrorizminə son qoyun!”, “Erməni yalanlarına uymayın!”, “İkili standartlara son qoyun!”, “Təcavüzkar ölkəni dəstəkləməyin!” kimi şüarlar yazılmış plakatları nümayiş etdiriblər.

Qətnamə layihəsinin ədalətsiz olduğunu və reallığı əks etdirmədiyini nəzərə çatdıran soydaşlarımız bədnam sənədi erməni lobbisi və onların havadarlarının Azərbaycana qarşı apardıqları qərəzli kampaniyanın tərkib hissəsi kimi dəyərləndiriblər. Yalnız ermənilərin maraqlarını müdafiə etdiklərini vurğulayaraq bu qərəzli münasibəti qətiyyətlə pislədiklərini və rədd etdiklərini diqqətə çatdırıblar.

Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün Fransanın bitərəf qalmasının vacibliyini xatırladan aksiyaçılar belə düşünülməmiş addımın ciddi fəsadlar doğuracağını, regionda münaqişəni yenidən alovlandıra biləcəyini qeyd ediblər.

Azərbaycan icması adından çıxış edən diaspor fəalları – Fransada yaşayan hüquqşünas Zaur Sadıqbəyli, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyeva, Böyük Britaniyanın tanınmış jurnalisti və politoloqu doktor Neil Vatson, fransalı hüquqşünas Mile Ben Said Basma, Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva, Benilüks Azərbaycanlıları Konqresinin rəhbəri Elsevər Məmmədov, Belçika-Niderland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva, Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın və başqaları fransız deputatları ədalətli olmağa, terrorizmə yox deməyə, regionda sülhün bərqərar olmasına töhfə verə bilmədikləri halda, ən azından neytral qalmağa, xalqlar arasına nifaq toxumu səpməməyə, balanslı debatlar aparmağa çağırıblar.

Etiraz aksiyasının qətnaməsi Fransa Milli Assambleyasına təqdim olunub.

Qeyd edək ki, Fransa Milli Assambleyasının bügünkü iclasında bədnam qətnamə müzakirədən çıxarılıb. Bu məlumat dərc olunana qədər sənədin müzakirəsinin sabahkı gündəliyə salınıb-salınmayacağına dair xəbər yox idi.

***

PİA.az xəbər verir ki, etiraz nümayişinin iştirakçıları fransız deputatlardan ədalətli olmağı, terrorizmə yox deməyi, regionda sülhün bərqərar olmasına töhfə verə bilmədikləri halda, ən azından neytral qalmağı, xalqlar arasına nifaq toxumu səpməməyi tələb edirlər.

Etirazçılar “Ədalət tələb edirik!”, “Terrorizmə YOX deyirik!”, “Milli Assambleya ədalətli olmalıdır!”, “Cənubi Qafqazda sülhün bərqərar olması üçün Fransa neytral olmalıdır!”, “Erməni terrorizminə son qoyun!”, “Erməni yalanlarına uymayın!”, “İkili standartlara son qoyun!”, “Təcavüzkar ölkəni dəstəkləməyin!” kimi şüarlar yazılmış plakatlar tutub və səsləndiriblər. İştirakçılar əllərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamları, Xocalı soyqırımını əks etdirən fotoşəkillər, o cümlədən amansızlıqla qətlə yetirilmiş dinc azərbaycanlı qadın və uşaqların fotolarını nümayiş etdiriblər.

Diaspor fəallarımız Azərbaycan icması adından çıxış edərək, fransız deputatları ədalətli olmağa, balanslı debatlar aparmağa çağırıblar.

Soydaşlarımız Fransa mediasında, televiziya kanallarında aparılan debatların birtərəfli olduğuna etiraz edərək, belə debatlara Azərbaycan nümayəndələrinin də dəvət olunmasını tələb ediblər. Bildirilib ki, Azərbaycan-Ermənistan münasibətlərinə dair müzakirələr, hökumətə suallar, hətta qətnamələr, sistemli şəkildə irəli sürülən fikirlər yalnız erməni lobbisinin mövqeyini əks etdirir. Bu isə fransız deputatların erməni lobbisinin oyuncağına çevrildiyini bir daha təsdiqləyir. Deputatların çıxışları aydın göstərir ki, onlar regiondakı reallıqlardan bixəbərdirlər. Onlar erməni lobbisinin yazıb onlara verdiyi mətnləri anlamadan təkrar edirlər. Onların təklif etdikləri qətnamə layihəsi ədalətsizdir və reallığı əks etdirmir. Bu, erməni lobbisi və onların havadarlarının Azərbaycana qarşı apardıqları qərəzli kampaniyanın tərkib hissəsidir. Soydaşlarımız bir daha diqqəti Fransada Azərbaycan əsilli fransızlara qarşı media blokadasına çəkərək, bunun demokratiyaya zidd olduğunu bildirib, Azərbaycanın yalnız sülhü təşviq etdiyini vurğulayıblar.

Soydaşlarımız fransız deputatların yalnız bir tərəfin - ermənilərin maraqlarını müdafiə etmələrinə narazılıqlarını bildirərək, onların qərəzli münasibətlərini qətiyyətlə pislədiklərini və rədd etdiklərini diqqətə çatdırıblar. Etiraz mitinqinin iştirakçıları Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün Fransanın bitərəf qalmasının vacibliyini xatırladıblar. Belə düşünülməmiş addımın ciddi nəticələr doğuracağını, regionda münaqişəni yenidən alovlandıra biləcəyini qeyd edilib. Etirazçılar bəzi fransız siyasətçilərin irqçi dünyagörüşünün və şəxsi ambisiyalarının, eləcə də erməni əsilli fransızların tutduqları mövqenin təhlükəli olduğunu, Cənubi Qafqazda gələcək eskalasiyalara zəmin yarada biləcəyini vurğulayaraq, onları dərindən düşünməyə çağırıblar.

Eyni zamanda bildirilib ki, Azərbaycan regionda davamlı sülhə nail olmaq üçün bütün səylərini səfərbər etdiyi vaxtda fransız siyasətçilər və parlamentarilər təhlükəli mövqeləri ilə regionda sülhün bərpa edilməsində maraqlı olmadıqlarını göstərir, qərəzli çıxışları ilə vəziyyəti daha da mürəkkəbləşdirirlər. Hökumətdən Ermənistanı silahlandırmaq tələbi ilə fransız deputatlar regionun sabitliyinin təmin edilməsində maraqlı olmadıqlarını açıq-aydın göstərirlər.

Fransanın birtərəfli davranışdan əl çəkməsi və daha tarazlaşdırılmış mövqe tutmasının vacibliyinin vurğulayaraq, birtərəfli ittihamlar və sanksiyalarla vəziyyəti gərginləşdirməməyə, Azərbaycana qarşı iqtisadi təzyiq siyasəti ilə sadə avropalılara yeni problemlər və çətinliklər yaratmamağa çağırıblar.

Həmçinin qeyd edilib ki, Fransada keçirilən seçkilərə kifayət qədər təsir imkanları olan erməni əsilli fransızların böyük əksəriyyəti Ermənistana heç vaxt ayaq basmayıblar. Qətnamənin müəllifləri sülhə nail olmaq üçün tərəfləri qarşılıqlı yaxınlaşmaya sövq etmək əvəzinə, Ermənistanı müasir fransız silahları ilə silahlandırmağa çağıraraq regionda münaqişəni yenidən alovlandırmağa cəəhd göstərirlər.

Etiraz mitinqinin iştirakçıları, həmçinin bildiriblər ki, Fransa Milli Assambleyası xalqlar arasına nifaq toxumu səpmək, qərəzli qətnamələr qəbul etmək əvəzinə, regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edən, ölkənin maraqlarına uyğun gələn və regionun davamlı inkişafına töhfə verəcək fəaliyyətlərlə məşğul olsalar, daha faydalı ola bilərlər.

Qeyd edək ki, 30 il erməni işğalı və təcavüzü müddətində qəflət yuxusunda olmuş Fransa parlamentariləri bu gün Azərbaycanın Zəfərini həzm edə bilmirlər. Fransa Milli Assambleyasının anti-Azərbaycan yanaşması yenidən özünü göstərməkdədir. Regiondakı reallıqlardan bixəbər fransız deputatlar bu gün “Azərbaycanın Ermənistana qarşı təcavüzünə son qoyulması və Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsinə” dair qətnamə layihəsini müzakirəyə çıxaracaqlar. Ancaq lazımsız kağız parçası olan bu qətnamə layihəsi ürək bulandırmaqdan başqa bir şey deyil.

pia.az


Etiket: Fransa aksiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar