Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orbandan Ukrayna ilə bağlı gözlənilməz çıxış

Macarıstan Baş nazirinin sözlərinə görə, hazırda Avropa üçün ən vacib məsələ Rusiyadan gələcək təhlükənin qarşısını almaqdır...

"Ukraynanın müstəqilliyinin qorunub saxlanması Avropanın təhlükəsizliyi üçün vacibdir".

PİA.az musavat.com-a istinadən xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Xristian Demokratların Beynəlxalq Assosiasiyasının konqresində belə bir gözlənilməz bəyanat səsləndirib.

Macarıstan Baş nazirinin sözlərinə görə, hazırda Avropa üçün ən vacib məsələ Rusiyadan gələcək təhlükənin qarşısını almaqdır. "Bunun üçün bizə suveren Ukrayna lazımdır", deyə Orban bildirib.

Macar lider Aİ daxilində Rusiya və Ukrayna arasında münaqişənin həlli yolları ilə bağlı konsensus olmadığını etiraf edib. Onun sözlərinə görə, Macarıstan Rusiyaya qarşı sanksiyaları Brüssellə birlikdə müzakirə etməyə davam edəcək.

Qeyd edək ki, Viktor Orban dəfələrlə Moskva ilə Kiyev arasındakı münaqişədə rusiyayönlü mövqe tutmaqda ittiham olunub. Məsələn, o, bir neçə dəfə Ukraynanın maraqlarını Macarıstanın maraqlarından üstün tutmayacağını söyləyib, üstəlik, Avropa İttifaqının rəsmi Kiyevə 18 milyard avroluq yardım planını dəstəkləmədiklərini açıqlayıb.

Lakin bununla belə, rəsmi Budapeşt Ukrayna tərəfinə güzəştli kredit kimi 187 milyon avro ayırıb. Bir gün əvvəl Orbanın yaxın müttəfiqi sayılan Macarıstan Prezidenti Katalin Novak Kiyevə səfər edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar