Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda “Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı altında veloyürüş keçirilib - Yenilənib

Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş veloyürüş keçirilib...

PİA.az xəbər verir ki, “Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı ilə baş tutan veloyürüşdə Binəqədi Gənclər Evi, müxtəlif gənclər təşkilatları və Azərbaycan milli komandasının xanım üzvləri, həmçinin həvəskar xanım velosipedçilər iştirak ediblər.

40-a yaxın velosipedçinin qatıldığı yürüşə “Azneft” dairəsindən start verilib.

İştirakçılar müəyyən olunmuş marşrutla hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısında veloyürüşü başa vurublar.

Veloyürüşdən sonra xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, noyabr ayının 25-i bütün dünyada Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edilib.

13:32
Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə Bakıda “Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı ilə veloyürüş keçirilir.

“Report”un xəbərinə görə, Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş veloyürüşə “Azneft” dairəsindən start verilib.

Yürüşə velosiped üzrə Azərbaycan milli komandasının xanım üzvləri, həmçinin həvəskar xanım velosipedçilər qatılıblar.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, noyabrın 25-i bütün dünyada Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar