Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yeni nişanlama xəttinin tətbiqinə başlanılıb

Sürücülər necə hərəkət etməlidir?...

Ziya Bünyadov prospektindən Azadlıq prospekti ilə kəsişmədə yola yeni nişanlama xətlərinin çəkilməsi işlərinə başlanılıb. Bakıda ilk dəfə tətbiq edilən bu nişan sürücülərin çaşqınlığına səbəb olur. Bəs görəsən bu nişan hansı məqsədlə qoyulub? Nişan sürücülərin hərəkət istiqamətində hansısa məhdudiyyətləri ehtiva edirmi? Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, Ziya Bünyadov prospekti boyunca o cümlədən həmin hissəsində də avtobuslar üçün xüsusi zolaqlar təşkil olunmaqdadır.

“Həmin ərazidə işlər tam yekunlaşmayıb. Nişanlanma xətləri çəkilib lakin müvafiq yol nişanları hələ qoyulmayıb.

Sarı boya ilə çəkilən nişanlanma ilə bağlı da bildirim ki, bu kəsişmədə tətbiq edilən sarı kəsişmə toru ilə eyni funksiyanı daşıyır. Digər nəqliyyat vasitələrinin həmin tora daxil olub istiqamət dəyişməsində və ya nişanlanma xətti boyunca hərəkətində hər hansı bir məhdudiyyət yoxdur. Sadəcə həmin torun üzəri burada da daim boş saxlanılmalıdır. Xüsusən də sıxlıq və tıxac halları zamanı buradakı torun üzəri boş saxlanılmalıdır ki, bunun da məqsədi avtobuslar maneə olmadan zolağını dəyişərək fasiləsiz hərəkətini təmin etməkdir. Bu nişanlanma xətlərindən dünya təcrübəsində də istifadə olunur”.

pia.az


Etiket: yol nişan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar