Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini dəfn olunub

Azərbaycan Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini, Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, polkovnik Mayis Orucəliyev dəfn edilib...

"Report"un Muğan bürosunun məlumatına görə, uzun sürən xəstəlikdən sonra Türkiyədə dünyasını dəyişən hərbçinin cənazəsi ötən gün axşam saatlarında vətənə gətirilib.

Mərhum doğulduğu Biləsuvar rayonunun İsmətli kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Orucəliyev Mayis Mirzəyar oğlu 1972-ci ildə anadan olub. Birinci Qarabağ və Vətən müharibəsində iştirak edib.

Prezident İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsində Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə "Qarabağ" ordeni ilə təltif edilib.

Bundan başqa, o, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

Bir ildən çox idi ki, ehtiyata çıxmışdı.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar