Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neymardan Braziliyaya bəd xəbər

Kubokdakı ilk oyununda Serbiyanı 2:0 hesabı ilə məğlub edən Braziliyada zədələnən Neymarın vəziyyəti məlum olub...

PİA.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Braziliya dünya çempionatının ilk oyununda Serbiyanı 2:0 hesabı ilə məğlub edərkən, Neymar uğursuz zədə alıb. Rəqibi ilə girdiyi ikili mübarizədə zədələnən braziliyalı ulduz mübarizəni yekunlaşdıra bilməyib.

Serbiyanı 2:0 hesabı ilə məğlub etdikləri matçın 80-ci dəqiqəsində meydana çıxan Neymar yerini Antoniyə verib.

Neymarın vəziyyəti ilə bağlı açıqlama verən Braziliya Milli Komandasının baş məşqçisi Tite ulduz futbolçunun dünya çempionatına davam edəcəyini bildirərkən, komanda həkimi isə deyib:

“Neymarın biləyində şiş var idi, dərhal müalicəyə başladıq. Daha dəqiq bir söz demək üçün 24-48 saat arası gözləmək lazımdır. MRT və ya buna bənzər bir müayinə aparmayacağıq, amma lazım gələrsə edərik”.

Braziliya Futbol Federasiyasından Neymarın səhhəti ilə bağlı verilən açıqlamada Serbiya matçında topuğundan zədə alan 30 yaşlı futbolçunun İsveçrə ilə qarşılaşmada komandada yerini ala bilməyəcəyi bildirilib.

Neymardan başqa topuğundan zədəsi olan Danilonun da İsveçrə yarışında oynaya bilməyəcəyi bildirilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar