Çərşənbə, 01 Fevral 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lukaşenko KTMT-dən Qərbə qarşı istifadə etmək istəyir - The Insider

Rusiyalı politoloq Arkadi Dubnov hesab edir ki, Belarusun KTMT-də sədrlik edəcəyi dönəmdə Lukaşenko bu hərbi ittifaqı Qərblə qarşıdurmaya cəlb edəcək…

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən sammitində əsas hadisələr Ermənistanın baş naziri Nikol Paşinyanın demarşı və Belarus prezidenti Aleksandr Lukaşenkonun Ukraynadakı müharibə ilə bağlı gözlənilməz bəyanatı olub”.

PİA.az xəbər verir ki, bunu tanınmış rusiyalı politoloq Arkadi Dubnov Britaniyanın The Insider nəşrinin rus versiyasına KTMT-nin İraəvandakı sammitini şərh edərkən bildirib.

“Paşinyan sammitin yekun bəyannaməsini və Qarabağ münaqişəsi ilə bağlı İrəvana yardım haqqında qərar layihəsini imzalamaqdan imtina edib. Lukaşenka isə KTMT-nin taleyini Ukraynadakı müharibənin nəticəsi ilə əlaqələndirib: “Rusiya qalib gəlsə, o zaman KTMT yaşayacaq, Allah eləməsin, qalib gəlməsə, KTMT mövcud olmayacaq. Rusiya dağılırsa, bu dağıntılar altında bizdə qalacağıq”, deyə Belarus lideri qeyd edeib. Belarus Ermənistandan sonra KTMT-nin növbəti sədri olacağı üçün Lukaşenkonun bəyanatı bu hərbi-siyasi ittifaqın fəaliyyəti üçün mühüm nəticələr vəd edə bilər”, deyə politoloq Arkadi Dubnov The Insider-ə deyib.

Dubnov qeyd edib ki, Lukaşenkonun bu bəyanatı diqqətə alınmalıdır. Çünki bundan sonrakı mərhələdə Lukaşenko KTMT-dən Belarusun Qərbə qarşı mübarizəsində istifadə etməyə çalışacaq:

“KTMT-nin son sammitində səsləndirilən fikirlər arasında bu qurumun bütün fəaliyyətinə təsir edəcək mühüm məqamı birmənalı şəkildə Lukaşenkonun bəyanatı oldu və Belarus lideri bu bəyanatı ilə açıq şəkildə bildirdi ki, KTMT-yə Belarusun sədrlik edəcəyi dönəmdə Qərbə qarşı qarşıdurma üçün istifadə edilməlidir”, deyə politoloq vurğulayıb.

Qeyd edək ki, KTMT-də sədrlik Ermənistandan sonra Belarusa keçəcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sərnişindaşımada qiymət artdı... - Vətəndaşların sosial vəziyyəti necə olacaq?

Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri artırıldı

NTV-nin jurnalisti Ukraynada Kadırovçular tərəfindən dəfələrlə zorlanıb

Qəbirlər hər gün 5 kəlmə ilə insanı çağırar

Uçot dərəcəsinin rekord səviyyəyə qədər artırılması dünya ticarət sisteminə necə təsir edəcək?

Azərbaycanda metro və avtobuslarda minimum gediş haqqı 40 qəpiyə qaldırılıb

Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edilib - Foto

Səbuhi Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilib

Alimpaşa Məmmədov bağçaların pulunun mənimsənilməsindən danışdı

Ən çox oxunanalar