Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Separatçıların bandasında “təmizlik işləri” və Paşinyanın başı üzərindəki qara buludlar...

Vardanyanın yanına Oskanyanın da gətirilməsi nədən xəəbər verir?..

Siyasi şərhçi: “Oskanyan kimi bir adamın Qarabağda separatçıların aparıcı simalarından birinə çevrilməsi əlbəttə ki, Paşinyan üçün çox təhlükəlidir”.

“Vardanyanın Qarabağa transfer olunması ilə separatçıların arasında ikitirəlik yaranıb. Real hakimiyyət asta-asta Vardanyanın əlinə keçsə də, əsas səlahiyyətlə Arutunyanın əlindədir”.

Bu sözləri siyasi şərhçi Fərhad Məmmədov dünən separatçıların lideri Araik Arutunyanın öz “nazirlərini” vəzifədən almasını PİA.az-a şərh edrkən deyib.

Xəbər verdiyimiz kimi, dünən separatçıların bandasının başçısı Araik Arutunyan 9-a qədər “naziri” işdən azad edib. Bu “təmizləmələrdən” sonra isə sosial şəbəklərin erməni seqmentində belə bir xəbər yayıldı ki, bandanın “xarici işləri” ilə məşğul olan David Babayanı Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan əvəz edəcək.

Qeyd edək ki, Oskanyan Köçəryanın prezidentliyi dönəmində 10 il müddətində Ermənistanın xarici siyasətini təmsil edib. Erməni diasporuna və Qərbə, xüsusui ilə dəABŞ-a daha çox bağlı olan Oskanyan eyni zamanda Köçrəryanın yaxın adamlarından biri kimi tanınr. Bu üzdən də Vardanyanın yanında Oskanyanın da gətirilməsi xüsusi diqqət çəkicidir. Belə görünür ki, ermənilər Qarabağdakı bandalarını həm Qərb, həm də Rusiya cəbhəsində təminat altına almağa çalışırlar. Eyni zamanda Qarabağda Paşinyana qarşı böyük çevriliş planının hazırlanması da artıq şübhə doğurmur.

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi analitik Fərhad Məmmədovla müzakirə edib.

Fərhad Məmmədov: “Düşünürəəm ki, Qarabağdakı separatçılar arasında ikitirəlik daha da böyüyəcək və burdakı proseslər Paşinyanın gələcək taleyini həll edəcək”.

“Qarabağda separatçıların cəbhəsində dünən aparılan “kadr dəyişikliyi” doğrudan da diqqət çəkicidir. Mən hesab edirəm ki, 9-a qədər “nazir”in işdən azad edilməsi Vardanyanın separatçıların “hökümət başçısı” olması ilə əlaqəlidir.

Amma bir başqa diqqət çəkən maraqlı bir məsələ də var. Bu ilin əvvəlində Araik Arutunyan “konstitutsiya”nı dəyişmək məqsədi ilə bir komissiya yaratmışdı. Bu “konstitutsiya” super prezidentlik sistemindən parlament siteminə keçidi nəzərdə tuturdu. Dünən Arutunyan öz “nazirlərini” dəyişirkən, bu komissiyanın da fəaliyyətini dayandırdı. Bu isə o deməkdi ki, artıq Qarabağdakı separatistlər “konstitutsiya” dəyişikliyi həyata keçirməyəcək.

Qeyd edim ki, separatçıların hazırkı “konstitutsiya”sında Vardanyanın hazırda daşıdığı “dövlət naziri” vəzifəsinin səlahiyyətləri çox məhduddur. Əsas səalahiyyətlər Araik Arutunyanın əlində toplanıb.

Separatçların biz hələ bilmirik ki, yeni “konstitutsiya” dəyişikliyi olacaqmı, yoxsa hər şey əvvəlki kimi qalacaq. Ancaq mən düşünürəm ki, Arail Arutunyan Vardanyanı məhdud səlahiyyətlər çərçivəsində saxlaya bilmək üçün belə qərar verib və ola bilsin ki, separatçılar daha “konstitutsiya” dəyişikliyinə getməsin.

Bu da onu deməyə əsas verir ki, Vardanyanın Qarabağa transfer olunması ilə separatçıların arasında ikitirəlik yaranıb. Real hakimiyyət asta-asta Vardanyanın əlinə keçsə də, əsas səlahiyyətlə Arutunyanın əlindədir. Belə hesab edirəm ki, bu Paşinyan tərəfindən verilən qərardır. Çünki Paşinyan Vardanyanın Qarabağda uğur qazanmasını istəmir. O, yaxşı bilir ki, Moskva Vardanyanı əslində onun hakimiyyətini ələ keçirmək üçün Qarabağa göndərilib. Bu Rusiyanın planıdır və Paşinyan da çalışır ki, Rusiyanın “Vardanyan planı” reallaşa bilməsin.

Fərhad Məmmədov: “Oskanyanın adının bu prosesdə hallanması da düşünürəm ki, Rusiyanın “Vardan planı”nın bir hissədir”.

Oskanyanın adının bu prosesdə hallanması da düşünürəm ki, Rusiyanın “Vardan planı”nın bir hissədir. Oskanyan bu yaxınlarda iki məqalə ilə çıxış etmişdi və həmin məqalələrdə göstərirdi ki, Ermənistanın danışıqlar masasında mövqeyi zəifləyib və bu zəifləmə də məhz Paşinyanın şəxsiyyəti ilə bağlıdır. Çünki Paşinyan müharibəni uduzb, Azərbaycan prezidentinə Rusiya prezidentinin şahidliyi və zəmanəti ilə şifahi sözlər verib və indidə bu öhdəlikləri yerinə yetirmir. Buna görə də həm Rusiya, həm də Azərbaycan prezidentləri Paşinyana qarşı qəzəblidir. Ona görə də danışıqlar masasında Ermənistanın mövqelərinin güclənməsi Paşinyanın hakimiyyətdən getməsinə bağlıdır.

Oskanyan hətta bir dəfə də Paşinyanı b məhz bu səsbəblərə görə istefa verməyə çağırmışdı. Belə bir adamın Qarabağda separatçıların aparıcı simalarından birinə çevrilməsi əlbəttə ki, Paşinyan üçün çox təhlükəlidir. Bu Qarabağda Paşinyana qarşı cəbhə açmaq deməkdir və düşünürəm ki, Paşinyan Vardanyandan sonra Oskanyanın da Qarabağda peyda olmasını heç vaxt istəıməz.

Bu səbəbdən düşünürəəm ki, Qarabağdakı separatçılar arasında ikitirəlik daha da böyüyəcək və burdakı proseslər Paşinyanın gələcək taleyini həll edəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar