Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsan haqlarına ən böyük zərəri ABŞ verir - Vaşinqton üçün bu məsələ siyasi məsələdir, yoxsa hüquqi?

Vaşinqton öz müttəfiqlərnin gücünə güvənərək asanlıqla konfliktlərə qoşulur ki, əvəzində onların xeyrinə insan haqlarının məsələsinə göz yumur..

Nedim Kuteyş, Liviyalı araşdırmaçı jurnalist
”Şarkul Avsat” qəzeti

ABŞ dünyada insan haqlarının etibarına ən ağır zərbə vuran ölkədir. Səbəb isə ABŞ-ın dövlət olaraq davranışlarında sərgilədiyi ifrat siyasiləşmədir. Siyasiləşmənin birinci səbəbi bu sahəyə həddən artıq mənəvi yanaşma və daha çox diqqət yetirilməsi, ikincisi isə özünün çoxşaxəli və mürəkkəb mənafelərinin tələb etdiyi güzəştlər, gözyummalardır.

Bu iki səbəb ABŞ-ın bütün hakimiyyətlərinin ideal (bəzən isə süni) mənəvi sərtliyi, avtoritarizmə qarşı soyuq praqmatizmi və insan haqları bayrağı altında sərgilədiyi iki standart bu dəyərə ən çox zyan verən siyasətdir.

Amerikanın liberal layihəsindəki büdrəmələri və ya bu gün dünyada baş verən demokratiya böhranlarının haqlı tənqidi bir yana qalsın, gəlin etiraf edək ki, ABŞ dünyanın ilk azadlıq məşəlidir. Halbuki, insan haqları məsələsi, ən azı, geniş müzakirə olunduğu kimi, hüquq məsələsindən də əvvəl siyasi məsələdir və mən bu yazımda ilk növbədə problemin siyasi mahiyyətini qeyd edəcəyəm.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, prezident Co Bayden bu kontekstdə Şarm əl-Şeyxdə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə geniş məsləhətləşmələr aparıb. Digər tərəfdən, COP27 İqlim Sammiti tədbirlərinin birində ABŞ-ın İqlim üzrə xüsusi nümayəndəsi və keçmiş dövlət katibi Con Kerrinin Venesuela prezidenti Nikolas Maduronun əlini sıxması, zarafatları və gülüşləri diqqət mərkəzində olmuşdu. İnsan haqları məsələsini siyasi xüsusiyyətləri ilə araşdırmaq istəməyimin səbəbi də bu iki mövqe arasındakı ziddiyyətdir.

Cənab Maduronun adı ABŞ-ın “qara siyahılrında” birinci yer alır və ona qarşı irəli sürülən ittihamlar Amerika hüquq-mühafizə orqanlarını sövq edib ki, Venesuela liderinin həbsinə əsas olacaq məlumatları verən şəxsə 15 milyon dollara qədər mükafat vəd etsinlər.

ABŞ Dövlət Departamentinin təbirincə desək, bu iki şəxs arasındakı “planlaşdırılmamış qarşılıqlı əlaqə” əlbəttə ki, təsadüf sayıla bilməz. Xüsusilə nəzərə alsaq ki, Ağ Evin son bir il ərzində bütün mesajları Venesuelaya yönəlib və Vaşinqton Karakasla münaqişə səhifəsini bağlamağın yollarını tapmağa çalışırdı. Siyasi maraqlar səbəbilə insan haqları məsələsinin mənəvi dəyər bahasına tipik bir kompomiss nümunəsinə çevrilməsi ilə qarşı qarşıyayıq və bu, Venesuela nümunəsində Ağ Ev üçün iki həyati vacib məsələni ehtiva edir.

Birincisi, dünya enerji böhranı fonunda Maduroya qarşı sanksiyaların yumşaldılmasından sonra Venesuela neftinin qlobal bazarlara qaytarılmasını tənzimləməkdir.

İkincisi, əksəriyyətinin son dayanacağı ABŞ olan 700.000-lik Venesuela miqrantlarının axınını dayandırmaqdır ki, bunun üçünsə, Venesuela iqtisadiyyatını yenidən inkişaf etdirmək lazımdır.

Belə olan təqdirdə biz iki ziddiyyətlə və Vaşinqtonun Maduronu öldürməkdə, həbs etməkdə və ya ölkədən çıxarmaqda ittiham etdiyi şəxslərin taleyi və hüquqları ilə bağlı diqqətəlayiq dözüm, səmimiyyət və gülüşlə qarşılaşırıq. Burada açıq bir sual ağlımıza gəlir: Ərəb dünyasında insan haqları məsələsi qalxan zaman həvəsə danışanlar haradadır? İranda Əxlaq polisi tərəfindən öldürülən və ölümü indiki xalq üsyanına səbəb olan gənc iranlı qız Məhsa Əmininin təkcə özünü ifadə etmək hüququnu deyil, yaşamaq hüququnu müdafiə edən parlaq səslər bu məsələdə niyə eşidilmir? İnqilab Keşikçiləri tərəfindən Nyu-Yorkdakı evinin pəncərəsinə qədər təqib olunan İsa Əlinejadı müdafiə edən Konqresin, Ağ Evin və ABŞ administrasiyasının səsi niyə çıxmır?

FTB bildirmişdi ki, quruma baha başa gəldiyinə görə İsa Əlinejadın müdafiəsini dayandırır. Onun hüquqlarının müdafiəsi və başına gələn dəhşətlərlə bağlı kampaniya aparmaq üçün heç bir birlik də səfərbər edilməmişdi.

Bütün bunlar insan hüquqları məsələsinin siyasiləşdirilməsindən xəbər verir. Nəticədə, bu nəcib əxlaqi məsələ etibarını itirir və sabitlik düşmənləri öz gündəmlərini aktivləşdirmək üçün insan haqları məsələsinin çatlarından içəri sızır və nəhayətdə bəzi hökumətlər ekstremizmə üz tutmuş olur.

İnsan hüquqları məsələsinə kəmfürsət beynəlxalq yanaşma regionumuzda sabitliyin bütün düşmənlərinə hədiyyədir. Bu mövzuya yanaşmada skeptisizmin izahı budur, çünki ona insan haqları məsələsi kimi deyil, milli təhlükəsizlik məsələsi kimi yanaşılır.

Bu, uzun bir müharibədir və Vaşinqton öz müttəfiqlərnin gücünə güvənərək asanlıqla konfliktlərə qoşulur ki, əvəzində də onların xeyrinə insan haqlarının məsələsinə göz yumur.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar