Türkiyə silahlı qüvvələri Suriyanın Tel Tamar şəhərindəki Rusiya bazasının ərazisinə hücum edib...
PİA.az Rusiya mətbuatına əsasən bildirir ki, zərbə PUA-ların vasitəsi ilə həyata keçirilib və Türkiyənin hədəfi Rusiya bazasında yerləşən kürd yaraqlılarının obyektləri olub.
Türkiyənin “Clash Report” resursuna görə, Türkiyə PUA-larının hücumu zamanı Rusiya hərbçiləri həmin hərbi bazada olmayıb. Rus hərbiçiləri zərbələrdən əvvəl bazanı tərk ediblər,Türkiyə PUA-ları isə əməliyyatdan sonra geri qayıdıb.
“Rusiya ordusunun “Z” hərfi ilə işarələnmiş maşın və texnikaları Türkiyə PUA-larının bölgədəki əməliyyatı başa çatdıqdan sonra öz bazalarına qayıdıb”, deyə məlumatda bildirilir.
pia.az