Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehranın Azərbaycan planları: “İran Qafqazda “Hizbillah” tipli təşkilat yaratmağa çalışır”

İsrailin ingilis dilli telekanalı Azərbaycan və Gürcüstan əks-kəşfiyyat xidmətlərinin İran casuslarını həbs edilməsini əlaqələndirilmiş əməliyyat olaraq dəyərləndirib…

İsrailli politoloq: “Tiflisdəki əməliyyatdan bir gün əvvəl beş iranlı agenti həbs edən Azərbaycanın əks-kəşfiyyat xidmətləri ilə əlaqələndirməsi ehtimalı yüksəkdir”.

İsrailin ingilis dilli i24NEWS telekanalının saytında İran kəşfiyyatının Azərbaycan və Gürcüstanda fəaliyyəi ilə bağlı analitik məqalə dərc olunub. PİA.az həmin məqləni oxucularına təqdim edir:

“Ötən həftə Qafqaz dövlətlərindən iki böyük xəbər gəldi: Azərbaycan İsraildə səfirliyini açdığını elan edərkən, Gürcüstan da İranın israilli iş adamı İtsik Moşeyə qarşı sui-qəsdinin qarşısını aldı.

İlk baxışdan bir-biri ilə əlaqəsi olmayan bu hadisələrin ortaq bir cəhəti var. Son illərdə Təl-Əvivlə dostluq münasibətləri quran hər iki ölkəni İran özü üçün təhdid olaraq görür.

Yerli KİV-in məlumatına görə, Gürcüstanda ələ keçirilmiş iranlı kəşfiyyatçıların sorğusundan məlum olub ki, onların Azərbaycanın paytaxtı Bakıda və İranın Ərdəbil əyalətində İran agentləri ilə əlaqə saxlayıblar. Cənab Moşenin öldürülməsi əmri isə birbaşa İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) xüsusi bölməsi olan “Qüds briqadası”ndan verilib.

İsrailli politoloq Ariel Koqan hesab edir ki, Tehrandan daha ciddi təhlükələr gözlənilir: “İran kəşfiyyat xidmətləri və İran İnqilab Keşikçiləri Korpusu İsrailə məxsus və ya İsrail üçün əhəmiyyətli obyektlərə zərbələr endirmək məqsədi ilə region ölkələrinə sızmaq və pərakəndə məntəqələr yaratmaq əvəzinə, bu regionda “Hizbullah” tipli təşkilat yaratmağı planlaşdırır”, deyə Koqan bildirib.

Ariel Koqan bu sözləri i24NEWS-ə Livanda İranın dəstəklədiyi silahlı qrupa istinad edərək deyib.

İsrailli poltoloq qeyd edib ki, noyabrın əvvəlində islamçı “Hüseyniyyə” qruplaşmasının lideri Şeyx Tövhid İbrahimi “AzərbaycanQafqazın Hizbullaha bənzər tam hüquqlu İslami müqavimət təşkilatının dəstəyinə ehtiyacı var”, deyib.

Qeyd edək ki, İbrahiminin təşkilatını SEPAH yaradıb. Bu təşkilat Azərbaycandan İrana qaçmış və İran ideologiyasının tərəfdarları olan şəxslərdən təşkil olunub.

“Əgər belə bir təşkilat yaradılarsa, o zaman İranın bölgədəki imkanları daha yüksək və əhəmiyyətli dərəcəyə, daha təhlükəli səviyyəyə qalxar”, deyə, Koqan vurğulayıb.

Regiondakı vəziyyətlə yaxından tanış olan analitik əlavə edib ki, Gürcüstanın təhlükəsizlik qüvvələrinin öz səylərini Tiflisdəki əməliyyatdan bir gün əvvəl beş iranlı agenti həbs edən Azərbaycanın əks-kəşfiyyat xidmətləri ilə əlaqələndirməsi ehtimalı yüksəkdir.

Azərbaycanın AZfront Telegram kanalının məlumatına görə, həbs edilən iranlı agentlərin hamısı İrana müxtəlif Azərbaycan hərbi birləşmələrinin obyektləri və təlim prosedurları ilə bağlı məlumatlar verirmiş. Bundan əlavə, iki agentin xüsusi kəşfiyyat tapşırıqları var imiş: birinə Bakıdakı konkret səfirlik və konsulluqların fəaliyyətini izləmək tapşırılıb, digəri isə Azərbaycan silahlı qüvvələrinin pilotsuz uçuş aparatlarından istifadəsinə dair məlumat toplayırmış.

Azərbaycan hərbi qüvvələrinin İsrailin pilotsuz uçuş aparatlarından istifadə etdiyini və bu yaxınlarda yəhudi dövləti ilə daha sıx təhlükəsizlik və diplomatik əlaqələrə dair anlaşma əldə olunduğunu nəzərə alsaq, İranın bundan sonra İsrail üçün daha ciddi təhlükə yarada biləcəyini diqqətdə saxlamaq lazımdır”, deyə Ariel Koqan bildirib”.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar