Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden, Si Tsinpinq və Müəviyyə - ABŞ-Çin münasibətlərindəki nazik tük qırılmamalıdır...

ABŞ prezidenti Co Bayden keçən həftə İndoneziyada çinli həmkarı Si Tsinpinqlə görüşərək dünyaya yeni “Soyuq Müharibə”nin alovlanmasına ehtiyac olmadığını söyləyib. Sual olunur: Bayden bu məsələdə nə qədər ciddidir?..

Robert Ford
ABŞ-ın Suriyadakı keçmiş səfiri

Qlobal siyasi səhnəni izləyən hər bir müşahidəçi artıq ABŞ-ın Çinin böyüməsini və təsirini cilovlamağa çalışdığını başa düşür.

Bununla yanaşı, Çin hökuməti beynəlxalq sistemin özəyində olan ABŞ-ı əvəz etmək istəyini də gizlətmir. Aprel ayında Çin sədri “Qlobal Təhlükəsizlik Təşəbbüsü” adlandırdırılan forumda etdiyi çıxışda yeni bir təklif irəli sürdü. Si Tsinpinq təklifində ölkələr və cəmiyyətlərin öz daxili rejimlərini seçə biləcəyini təkid edir. Si deyib ki, Baydenin digər ölkələrdə insan haqları və demokratiyanı təşviq etmək səyləri beynəlxalq münasibətlər üçün yaxşı zəmin yaratmır. Buna görə də, “soyuq müharibə” dövründə kommunist Sovet İttifaqı ilə demokratik ABŞ arasında ideoloji rəqabət olduğu kimi, indi Çin-ABŞ rəqabətində də ideoloji komponent var.

Bu “soyuq müharibə” zehniyyəti ABŞ-ın Çinə qarşı ticarət strategiyasında özünü büruzə verir. Artıq ABŞ-da Çinlə ticarət və iqtisadi inteqrasiyanı təşviq edən günlər geridə qalıb. Bunun əvəzində Vaşinqton Sovet İttifaqı ilə “soyuq müharibə” dövründə olduğu kimi Çin iqtisadiyyatını zəiflətməyə çalışır. Daha da əhəmiyyətlisi, Bayden administrasiyası qabaqcıl texnologiya olan kompüter çiplərinin və istehsal texnologiyalarının Çinə ixracını əngəlləməkdə qərarlıdır. Burada qeyd etmək lazımdır ki, bu çiplər müasir iqtisadiyyatların nüvəsini təşkil edir. Staistika göstərir ki, Çin keçən il 300 milyard dollar dəyərində çip idxal edib ki, bu da nəhəng ölkənin neft idxalından daha çox olub.

Vaşinqton isə öz məqsədi barədə çox aydın mənzərə yaradır; ABŞ Çinin həm kommersiya, həm də hərbi tətbiqləri olan qabaqcıl çiplər istehsal etmək qabiliyyətini inkişaf etdirməsinə mane olmaq istəyir. Bundan əlavə, keçmişdə “soyuq müharibə” dövründə olduğu kimi, Vaşinqton müttəfiqlərini Çinə qarşı sanksiya siyasəti yürütmək üçün sıxışdırır.

Məsələn, Vaşinqton Hollandiya və Yaponiya hökumətlərinə təzyiq edir ki, öz şirkətlərinin Çinə qabaqcıl çip istehsalı texnologiyaları satmasının qarşısını alsınlar. ABŞ-ın bu birtərəfli səyindən sonra Sinqapurun xarici işlər naziri ABŞ siyasətini “texnoloji müharibə elanı” kimi xarakterizə etdi.

Bundan əlavə, 2021-ci ildə Donald Trump komandasını əvəz edən və ənənəvi müttəfiqləri ilə daha yaxşı münasibətlər vəd edən Bayden administrasiyası indi Yaponiya, Cənubi Koreya və Hollandiya kimi müttəfiqlərini Çinlə texnologiya ticarəti sahəsində tərəf seçməyə məcbur edir. Onlar isə ABŞ-ın bu təzyiqlərindən mümkün qədər yayınmağa çalışırlar.

Bayden keçən həftə İndoneziyada Çinin Tayvana hərbi müdaxiləsini “qaçılmaz” olmadığını söylədi. Ancaq bu sakitləşdirici ton bir sual da yaradır: Niyə Bayden Çinin Tayvana hücum edəcəyi təqdirdə ABŞ-ın öz müttəfiqini müdafiə edəcəyini davamlı olaraq söyləyir? Bu bəyanatlar 1972-ci ildə Çinə qarşı Amerika ekspansiyasını müzakirə edən keçmiş dövlət katibi Henri Kissincerlə başlayan ABŞ-ın qeyri-müəyyən siyasətində böyük dəyişik yaradır.

Buna cavab olaraq Si keçən həftə İndoneziyada Tayvanın Çinin “əsas” maraq dairəsindən biri olduğunu təkrarladı. Mən Baydenin açıqlamalarından belə başa düşdüm ki, Vaşinqton Çinin 2022 və ya bəlkə də 2023-cü ildə Tayvana hərbi müdaxilə edəcəyini ehtimal edir. Lakin Vaşinqton bundan sonra nə olacağını bilmir.

Buna görə də Vaşinqton dördlü ittifaqla təmsil olunan Hindistan, Yaponiya və Avstraliya ilə yeni “NATO” ittifaqı qurmağa can ataraq Çini çəkindirmək üçün ənənəvi “soyuq müharibə” strategiyasını həyata keçirir.

Baydenin gələn ay Vaşinqtonda Afrika liderlərini qəbul etməsi də təsadüfi deyil. Aydındır ki, qonaqlar siyahısında çoxlu diktatorlar var və ona görə də bu görüşün məqsədi demokratiya və insan haqlarının təbliği deyil, məhz Çinin Afrikadakı mövqelərini sarsıtmaqdır.

Çinlilər isə yeni “soyuq müharibə”nin mövcudluğunu qəbul edirlər. Buna görə də çinlilər ABŞ-ın sanksiyalarına baxmayaraq, öz texnoloji imkanlarını yaratmağa çalışırlar. Oktyabr ayında keçirilən qurultayda Çin Kommunist Partiyasının rəhbərliyi Siyasi Büro və Mərkəzi Komitəyə aerokosmik, biotexnologiya, yarımkeçiricilər və süni intellekt kimi sahələrdə texnoloji təcrübəyə malik olan adamları seçdilər.

Lakin buna baxmayaraq, görünən odur ki, Çin hazırda ABŞ-la böyük münaqişəyə girmək istəmir. Buna görə də Çin ABŞ-ın yarımkeçiricilərlə bağlı Pekinə qarşı tətbiq etdiyi yeni sanksiyalara cavab vermədi. Bunun əvəzində Si iqlim dəyişikliyi kimi məsələlərdə amerikalılarla işçi qrupları yaratmağa razılıq verdi. Bu işçi qrupları həm də iki hökumət arasında bürokratlar arasında dialoqu təşviq edir.

Qarşıdakı aylarda daha çox dialoqun ABÇ-Cin münasibətlərinə daha yaxşı təsir edəcəyi şübhəsizdir. Lakin Nümayəndələr Palatasında çoxluğa sahib olan Respublikaçıların Tayvana daha çox silah satışı üçün Bayden adminstrasiyasına təzyiq edəcəyi də gözlənilir. Eyni zamanda Tramp və Respublikaçılar Çini koronavirusun yayılmasında ittiham edən ictimai dinləmələr keçirməklə Pekini qəzəbləndirə bilər. Ola bilsin ki, yaxın zamanlarda Nümayəndələr Palatasının yeni sədri də Tayvana səfər etsin. Qeyd edim ki, bu ilin avqust ayında Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin Tayvana səfəri ABŞ və Çin arasında ciddi böhrana səbəb olmuşdu.

Təbii ki, iki ölkə arasında münasibətlərin təhdid formatından birbaşa ünsiyyət formatına keçilməsi lazımsız münaqişələrin qarşısını almaq üçün faydalıdır.

Mən xəlifə Müəviyyənin aşağıdakı müşahidəsini həmişə yüksək qiymətləndirmişəm. Müaviyə bir dəfə belə demişdi: “Mənimlə camaat arasındakı bağ tük kimi nazikdir, amma o tük heç vaxt qırılmaz”. Niyə qırılmayacağını soruşduqda o, belə cavab verib: “İnsanlar dartdıqca mən boşalıram. Onlar boşaldıqca mən də onları dartıram”.

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar