Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunan təntənəli yubiley gecəsi keçirilib - Foto

Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi məqsədilə Heydər Əliyev Sarayında təşkil olunan “Fikrət Əmirov-100” Musiqi Festivalı çərçivəsində konsert proqramı keçirilib.

PİA.az xəbər verir ki, yubiley tədbirində bir sıra Xalq artistləri və ictimaiyyət nümayəndələri iştirak edib. İştirakçılar Fikrət Əmirovun xatirəsinə bir töhfə olaraq bəstəkarın müxtəlif əsərlərini ifa ediblər.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, ilin əvvəlindən başlayaraq bəstəkar üçün silsilə tədbirlər keçirilir:

Prezident İlham Əliyevin görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi “Fikrət Əmirov-100” Musiqi Festivalına start verib və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib. Fikrət Əmirovun hər bir əsərində azərbaycançılıq ideyasını görmək olar. Ölkə xaricində də Fikrət Əmirovun milli musiqiyə söykənən əsərləri bir çox tanınan konsert salonlarında səsləndirilib. Bu gün milli mədəniyyətimizin parlaq simalarından biri, nəhəng və çox yaddaqalan, böyük izlər qoyan Fikrət Əmirovun anadan olmasından 100 il ötür”.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, F.Əmirov 1922-ci ilin bu günündə Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb.

F.Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.

Fotolar

pia.az


Etiket: Fikrət Əmirov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar