Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran rejiminin həllolunmaz böhranı…

Hakimiyyət etirazların səviyyəsini azaltmağa çalışsa da, son üsyan və kütləvi nümayişlər İran liderləri və onların hakimiyyətdə qalmaları üçün əhəmiyyətli xəbərdarlıq olmalıdır.

Majid Rafizadeh
Arabnews

Amerika-İran münasibətləri üzrə ekspert, politoliq, Harvard məzunu doktor Məcid Rəfizadənin arabnews.com portalında “İran rejiminin həllolunmaz böhranı” adlı məqaləsi dərc olunub.

PİA.az məqaləni oxucularının diqqətinə təqdim edir:

İran rejimi ölkə daxilində üzləşdiyi böhranın təsirini nəhəng, möhkəm və xalq hakimiyyətnə söykənən legitim şəkil verilmiş idarəçilik vasitəsilə zəiflətməyə çalışır. Məsələn, Ali Rəhbər Əli Xamneyi davam edən ümummilli etirazları “düşmən tərəfindən hazırlanmış və səpələnmiş iğtişaşlar” adlandırıb və etirazçıları “quldurlar, qəsbkarlar və başkəsənlər” kimi xarakterizə edib.

Əli Xamneyi bu yaxınlarda etdiyi çıxışında vəziyyəti belə şərh edib:

“Bu dağınıq iğtişaşlar İran xalqının böyük və yenilikçi inkişaf və hərəkətlərinə qarşı düşmənin passiv və yöndəmsiz planıdır”.

Xamneyi həmçinin ölkə daxilində baş verən etirazları “xırda hadisə” kimi səciyyələndirərək deyib: “Tikintilər, böyük icra işləri, effektiv qanunvericilik, böyük məhkəmə işləri və xarici siyasətdə mühüm məsələlər, bu kiçik insidentlərdən kənarda qalmamalıdır”.

Bundan əlavə, ali liderin dəstəklədiyi və cəsarətləndirdiyi rejimin polis və təhlükəsizlik qüvvələri etirazları yatırmaq üçün genişmiqyaslı kobud güc tətbiq etməyə davam edir.

Bununla belə, qeyd etmək lazımdır ki, etirazlar vahid rəhbərlik tərəfindən təşkil olunana oxşamasa da, nümayişlərin kollektiv xarakter daşımadığı və rejim üçün təhlükə doğurmadğı anlamına gəlməməlidir. Tarix göstərir ki, bu cür kollektiv etirazlar hakim hökumətlərin hakimiyyətini təhlükə altına qoya bilir.

Etirazlar Xamneyinin iddia etdiyi kimi “kiçik insident” və ya “səpələnmiş etirazlar” deyil. Hətta rejimin əsas institutlarından biri etiraf edib ki, əhalinin böyük əksəriyyəti - təxminən 75 faizi etirazlarda iştirak etməyə hazırdır. Ölkənin milli təhlükəsizliyini diqqətdə saxlayan Ali Milli Müdafiə Universiteti tərəfindən bu yaxınlarda dərc olunmuş araşdırmada hökumət rəsmilərinə belə bir təhlükə barədə xəbərdarlıq edilib.

Bundan belə bir qənaət hasil olur: 2Son on onillikdə baş verən ictimai-siyasi proseslərin gedişində sosial və mədəni kommunikasiyaların və siyasi hakimiyyətin yaradıımasının yeni mərkəzinə çevrilən ciddi fəallıq təşəkkül tapıb. Bütün bu amillər İran cəmiyyətinin inkişaf aspektlərini tamamilə dəyişib və 2018-ci ilin yanvarında və 2019-cu ilin noyabrında baş verən iki etiraz dalğası ilə yanaşı, İran cəmiyyətinin siyasi kollapsın astanasında olması ilə bağlı şübhələr güclənib”.

Həqiqətən də 2018, 2019 və indi - 2022-ci illərdə ölkə daxilində baş verən silsilə qiyamlar xalqın qəzəbinə və rejim dəyişikliyinə xalq dəstəyinin dərinliyinə işarə edir. Bu xalq etiraz dalğalarından birincisi təxminən dörd il əvvəl İran iqtisadiyyatının vəziyyəti ilə bağlı yaranıb. O zaman iğtişaşlar bütün ölkəyə yayılmış və getdikcə daha çox siyasi çalar almışdı. Müqavimət hərəkatı çoxlu sayda şəhər və qəsəbələri əhatə emiş və onların hər birində qeyri-adi “təxribatçı” şüarlar səsləndiirlmişdi: “Diktatora ölüm”, “Sərt xətt tərəfdarları, islahatçılar, oyun bitdi”, “Düşmənimiz düz qarşımızdadır” və s.

Xamneyinin bu qiyamların əhəmiyyətsiz olması iddiasının əksinə, son bir neçə ildə nəinki etirazların sayı artıb, həm də insanların hakimiyyətə qarşı durmaq imkanları artdıqca onların əhatə dairəsi və uzunömürlülüyü də artıb.

Əvvəlcə, iqtisadi xarakterli olan şüarlar artıq siyasiləşib, “Azadlıq, azadlıq, azadlıq”, “Kürdüstandan Tehrana, canımı İrana qurban verirəm”, “Hamımız Məhsəyik (Əmini) kimi mübarizə aparın və biz də mübarizə aparacağıq” və “Həbsdə olan müəllimlər azad edilməlidir” kimi siyasi şüarlara çevrilib. Digər əsas xəbərdarlıq ondan ibarətdir ki, teokratiyanın əsas siması olan Xamneyi etirazçıların şüarında daimi bir hədəf fiqura çevrilib və insanlar “Bu il qurban ilidir, Seyid Əli (Xamenei) devrilibdir” və “Xameneiyə ölüm” şüarları səsləndirirlər.

Bəzi İran rəsmiləri və təşkilatları etirazların başvermə səbəbi kimi yalnız iqtisadiyyatı göstərirlər. Məsələn, Ali Milli Müdafiə Universitetinin araşdırmasında etiraf edilir ki, iranlıların 67,2 faizi “yüksək səviyyədə” “nisbi məhrumiyyət vəziyyəti” yaşayıb, 82,2 faizi isə “hələ də ehtiyaclarını ödəmədiklərini” və “insanların 59,4 faizi ölkənin vəziyyətini” anormal hesab edirlər.

Ağır iqtisadi vəziyyət həqiqətən də davam edən etirazları şərtləndirən kritik amildir, lakin insanların teokratik isteblişmentə qarşı qəzəbinin başqa səbəbləri də var ki, bunlara göz yummaq olmaz. Bu şikayətlərə insanların rejimin siyasi repressiyalarından narazılığı, məhdudlaşdırıcı dini qanunlar, insan haqları pozuntuları, dövlət resurslarının “Husilər”, “Hizbullah” və “İraq şiə milis qrupları” kimi qruplaşmalara sərf edilməsi, və hökumətin öz xalqının həyat səviyyəsini yaxşılaşdırmaq istəyinin olmaması daxildir.

Bir sözlə, İran rejiminin həlli mümkün olmayan böhranla üz-üzə olduğu görünür. Hakimiyyət etirazların səviyyəsini azaltmağa çalışsa da, son üsyan və kütləvi nümayişlər İran liderləri və onların hakimiyyətdə qalmaları üçün əhəmiyyətli xəbərdarlıq olmalıdır”.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar