Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makron afrikalılalara verdiyi sözə əməl etmir

Makron Fransanın Afrikadan talan etdiyi mədəni irsi geri qaytarmaq vədinə əməl etməyib...

Fransa Prezidenti Emmanuel Makron müstəmləkə dövründə Afrikadan talan edilərək aparılmış mədəni irsin geri qaytarılması ilə bağlı vədini hələ də yerinə yetirməyib. "Report" xəbər verir ki, bu barədə "Africa News" məlumat yayıb.

Nəşrə görə, 2017-ci ilin noyabrında Emmanuel Makron tərəfindən götürülən öhdəlik hələ də söz olaraq qalır.

Makron o zaman bildirib ki, Afrika irsi Afrikada sərgilənməlidir:

"Bir neçə Afrika ölkəsinin mədəni irsinin böyük hissəsinin Fransada qalmasını qəbul edə bilmərəm. Beş il ərzində Afrikada Afrika irsinin müvəqqəti və ya daimi bərpası üçün şərtlər yerinə yetiriləcək".

Qeyd edək ki, Fransanın gündəlik “Le Monde” qəzetinin araşdırmasına görə, bu günə qədər Afrikaya aid azı 90 min artefakt hələ də dövlət muzeylərində saxlanılır.

Ötən ilin dekabrında Fransa parlamenti Afrika xalqlarına mədəni sərvətlərin qaytarılması haqqında qanun qəbul edib. Buna baxmayaraq, Mali, Çad və Efiopiya hələ də sənət əsərlərini geri qaytara bilməyiblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar