Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gedişlə “AzərTuman”, “AzərTava”, “AzərŞalvar”, “AzərMismar” da yaradarlar - Natiq Cəfərli

Ekspert hesab edir ki, ölkədə istehsal sahələri mütləq yaranmalıdır, amma bunu biznes, özəl sektor, daxili-xarici investorlar etməlidirlər...

“Bizim hökumət eyni səhvləri 50 dəfə təkrar etməkdən yorulmur, artıq hamıya aydındır ki, dövlət birbaşa iqtisadiyyatda iştirak edəndə, istehsalla, xidmətlə birbaşa məşğul olmağa çalışanda bu effekt vermir, korrupsiyaya yol açır, rentabelli olmur, nəticədə büdcəyə yükə, məmurlar üçün isə yağlı tikayə çevrilir. Sonra problemlər yaranır, yük büdcənin, yəni, vətəndaşın çiyniyə düşür, çünki büdcədən xərclənən hər manat vətəndaşın puludur”.

PİA.azn xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli qeyd edib ki, ölkədə istehsal sahələri mütləq yaranmalıdır, amma bunu biznes, özəl sektor, daxili-xarici investorlar etməlidirlər, dövlət isə ədalətli hakim, təşviqedici institut rolunda çıxış etməyi öyrənməli, düzgün vergi-gömrük siyasəti yürütməyi, güzəştli kredit alətləri ilə pozitiv müdaxilə etməyi bacarmalıdır:

“İndi də adi corab istehsalı üçün “AzərCorab” adlı müəssisəyə dövlət dəstəyi verməklə ən primitiv istehsal olan corab istehsalını dəstəkləmək istəyirlər. Bu gedişlə sabah “AzərTuman”, “AzərTava”, “AzərŞalvar”, “AzərMismar” da yaradarlar və hamısının aqibəti “AzərXalça” kimi olacaq – dövlətlə milyonlarla manatlıq ziyan dəyəcək, rəhbər məmurların isə (onlar biznesmen deyil, məhz məmurdurlar) vilları, maşınları, xaricdə obyektləri olacaq”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar