Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: “Belə ayıb olmasın, 102 günə tuman, 78 günə isə corab dözməz”

İqtisadçı ekspert: “Eksperiment üçün istənilən məmura bir aya 246 manat pul verək... Əminəm ki, belə bir “reality show”-nu ölkə əhalinin tamamı maraqla izləyər, ən baxımlı şou-proqram olar...”

“2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib. “Yaşayış minimumu haqqında” qanunun 4-cü maddəsinə görə məbləğın hesablanması İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə müəyyən edilir”.

PİA.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli qeyd edib ki, istehlak səbətinin tərkibi və normaları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə təsdiq edilib:

Əsl tragikomediya da minimum istehlak səbətinin tərkibinə baxanda üzə çıxır, əmək qabiliyyətli insanlar üçün istehlak səbəti hesablanarkən aşağıdakı normalar qəbul edilib:

- Çörək və çörək məhsulları – il ərzində 136 kq 800 qr, yəni, günə 375 qram (niyə bu qədər çox – çünki kalori norması da dolmalıdır deyə ən ucuz, amma ən çox kalori verən çörəyi bu qədər yüksək götürüblər),

- Kartof – il ərzaində 54 kq 800 qr, yəni, günə 150 qram (bu da ucuz, amma kalorisi çox olduğu üçündür),

- Ət və ət məhsulları (quş əti də daxil) – ilə 32 kq 900 qr, yəni, günə 90 qram,

- Kərə yağı – ilə 7 kq, yəni, günə 19 qram,

- Balıq və balıq məhsulları – ilə 7 kq 700 qr, yəni, günə 21 qram,

- Bitki yağı, marqarin və digər piylər – ilə 10 kq 900 qr, yəni, günə 29 qram.

Bu normalarla əmək qabiliyyətli insan dolana, normal qidalana bilərmi?!

İndi gələk qeyri-ərzaq məhsullarına:

- Palto tipli üst geyimləri qrupu – 8 ilə 3 ədəd (2,5 ilə 1 ədəd)

- Alt geyimləri – 2,5 ilə 9 ədəd (102 günə bir tuman düşür)

- Corab məmulatları – 1,5 ilə 7 cüt (78 günə bir corab)

- Ayaqqabı – 3,5 ilə 6 ədəd (213 günə bir cüt)

- İnternet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilir.

“Belə ayıb olmasın, 102 günə tuman, 78 günə isə corab dözməz, belə kriteriyalar qoyaraq istehlak səbətini hesablayırlar, sonra da yaşayış minimumu ölkə üzrə 246 manat müəyyən edirlər. Niyə belə aşağı hesablayırlar?! Onun da cavabı var: statistika siyasi ritorikaya xidmət edir, əgər yuxarı rəqəm, yəni, normal hesablamalar aparsalar, o zaman ölkədə yoxsulluq həddində yaşayan insanları sayı kəskin arta bilər, bizdə isə rəsmi rəqəmlərdə bu say əhalinin 5%-dən də aşağıdır.

Eksperiment üçün istənilən məmura bir aya 246 manat pul verək (ərzaq, geyim, kommunal xidmət, dərmanlar və s. daxil 1 aya ehtiyaclarını ödəmək üçün), günün 24 saatını da online izləmək şansı yaradaq, əminəm ki, belə bir “reality show”-nu ölkə əhalinin tamamı maraqla izləyər, ən baxımlı şou-proqram olar...”

pia.az


Etiket: Natiq Cəfərli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar