Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehran Qərbi ölkədə vətəndaş müharibəsi yaratmaqda ittiham edir - İranın Suriyaya dönmə ehtimalı varmı?..

Son günlər İranda baş verən proseslər Suriyanı xatırlatmağa başlayıb...

Politoloq: “İranSuriya arasında vəziyyət tamam fərqlidir. Fərqli vəziyyətlərə görə İranda vətəndaş müharibəsinin olma ehtimalının çox aşağı olduğunu düşünürəm”.

İranda bu günə qədər keçirilən aksiyalarda əsas diqqət çəkən məqam odur ki, nümayişçilər əslində prosesi dinc mərhələyə keçirməyə çalışırlar”.

Bu sözləri politoloq Samir Hümbətov İranda baş verən hadisələri PİA.az-a şərh edərkən qeyd edib.

Dünən İran xarici işlər nazirliyi İsrail və Qərb dövlətlərini İranda vətəndaş müharibəsi yaratmaqda ittiham etdi. Ondan əvvəl isə İranın rəsmi informasiya agentliklərindən biri olan Fars Agentliyi etirazıarın separatçılar tərəfindən silahlı mübarizə mərhələsinə keçməsi ilə bağlı məlumat yaydı. İranda baş verən proseslər və bəzi simptomlar da 2011-ci il Suriyanı xatırlatmağa başlayıb.

İranın Suriyaya dönmə ehtimalı varmı və İran rəsmilərinin artıq ölkədə vətəndaş müharibəsinin baş verməsi ilə bağlı xəbərdarlıqları nədən xəbər verir?

İranda baş verən etirazların nəticələrini PİA.az-ın əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Suriyadakı vəziyyət İrandakı vəziyyətə bənzəmir”.

İrandakı proseslərə həm Azərbaycanın, həm də Türkiyənin nəzarətinin olduğunu xatırladan politoloq bildirib ki, bu baxımdan nə Azərbaycan, nə də Türkiyə yaxınlığında vətəndaş müharibəsinin olmasını istəməzlər:

İranSuriya arasında vəziyyət tamam fərqlidir. Fərqli vəziyyətlərə görə İranda vətəndaş müharibəsinin olma ehtimalının çox aşağı olduğunu düşünürəm. Öncə onu nəzərə almalıyıq ki, İranda bir çox etnik qruplar var və onların içərisində ən böyüyü Azərbaycan türkləridir. Eyni zamanda İranda farslar, ərəblər, kürdlər, bəluclar, türkmənlər və başqa xalqlar var. Hər bir xalq da əslində bir etnik mədəniyyət nümunəsidir.

Ümumiyyətlə, İranda bu günə qədər keçirilən aksiyalarda əsas diqqət çəkən məqam odur ki, nümayişçilər əslində prosesi dinc mərhələyə keçirməyə çalışırlar. Yəni etirazçılar prosesi maksimum dərəcədə dinc yolla davam etməyə çalışırlar. Amma Tehran hakimiyyəti prosesləri daha çox vətəndaş müharibəsi müstəvisinə çıxarmağa, silahlı münaqişəyə çevirməyə çalışır. Bu da əslində Tehran hakimiyyətinə sərf edir. Çünki hakimiyyət deyəcək ölkədə vətəndaş müharibəsi var, buna görə də ordu işə qarışmalıdır. Konkret olaraq hakimiyyət vətəndaşlara güllələnmə vəziyyəti yaradırlar. Buna görə də İran tərəfindən belə bir açıqlama verildi.

Suriyada isə tamamilə fərqli bir situasiya idi. Suriyada olanlar əslində 2010-cu ilin sonundan başlayan Ərəb baharı ssenarisinin tərkib hissəsi idi. Elə bir şərait yaranmışdı ki, Bəşər Əsəd hökumətində fərqli bir durum var idi. Yəni orada böyük əksəriyyəti kürdlər, ərəblər təşkil edirdi. Demək olar ki, proses də onların içərisində başladı. Sonra oraya dini-ektremist qruplar qarışdı. Beləliklə də, böyük münaqişə başladı.

Samir Hümbətov: “300 etirazçının öldürülməsinə baxmayaraq İran əhalisi dinc etiraz aksiyası keçirirlər”.

Buna görə də Suriyadakı vəziyyət İrandakı vəziyyətə bənzəmir. Düzdür, artıq İranda 16 minə yaxın insanları son etirazlarda iştirak etdiklərinə görə həbs ediblər. Amma bir daha qeyd edim ki, İranda nümayişə çıxan dinc insanlar silaha əl atmırlar. 300 etirazçının öldürülməsinə baxmayaraq İran əhalisi dinc etiraz aksiyası keçirirlər. Eyni zamanda İran etirazlarında təxribatçı şüarların səsləndirilməsinin də şahidi olmuruq.

Digər məsələ odur ki, burada Azərbaycanın da maraqları var. Yəni İrandakı proseslərə həm Azərbaycanın, həm də Türkiyənin nəzarəti var. Bu baxımdan düşünürəm ki, nə Azərbaycan, nə də Türkiyə yaxınlığında vətəndaş müharibəsinin olmasını istəməzlər. Çünki bu regionda əlavə gərginliyə səbəb ola bilər. Bu baxımdam Suriya variantının İranda olması ehtimalı o qədər də inandırıcı görsənmir”.

Nərminə UMUDLU
pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar