Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqı Rusiyanın 68 milyardlıq aktivlərini dondurub

Son bloklamalardan sonra Rusiyanı Avropa İttifaqında dondurulan vəsaitləri əhəmiyyətli şəkildə artıb…

Avropa İttifaqı (Aİ) Rusiyanın təxminən 68 milyard avro dəyərində aktivlərini dondurub. PİA.az xəbər verir kiu barədə Politico nəşri Avropa Komissiyasının məlumatlarına istinadən xəbər verir.

Nəşrin istinad etdiyi sənədə görə, aktivlərin əsas hissəsi Belçikada dondurulub - təxminən 50 milyard avro. Bundan əlavə, Rusiya aktivlərinin əhəmiyyətli bir hissəsi Lüksemburqada dondurulub - 5,5 milyard avro. Bu iki ölkənin payına Rusiyanın dondurulmuş aktivlərinin 90 faizindən çoxunun düşdüyü vurğulanır. O cümlədən İtaliya, Almaniya, İrlandiya, Avstriya və Fransada da Rusiya aktivləri bloklanıb.

Politico onu da yazır ki, hazırda Aİ Rusiyanın Avropa ölkələrində nə qədər milli ehtiyatının dondurulduğunu bilmir. Avropa Komissiyasının məlumatlarında təxminən 33,8 milyard avro olduğu bildirilirdi, lakin hələlik bu, təxmini rəqəmdir və son bloklamalardan sonra bu rəqəm əhəmiyyətli şəkildə artıb.

Bundan əvvəl məlum olub ki, Böyük Britaniya Rusiyanın on milyardlarla dollar dəyərində aktivlərini dondurub. İddia olunurdu ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bu günə qədər ölkədə 20,95 milyard dollara yaxın vəsait bloklanıb.

Noyabrın əvvəlində Aktivlərin İzlənməsi və İdarə Edilməsi üzrə Milli Agentlik (ARMA) Ukraynanın ələ keçirdiyi Rusiya aktivlərinin məbləğini də açıqlayıb. Agentlik dəqiqləşdirib ki, Kiyev Rusiyanın hesabına özünün valyuta ehtiyyatını 38 milyon dollar artırıb. Bu məbləği Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsinə sərf ediləcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Ən çox oxunanalar