Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Orta Asiya türklərini Qarabağa dəvət edir - Ermənistan buna necə cavab verəcək?

Postsovet məkanında diqqət çəkən tendensiyalardan biri də türk dövlətlərinin inteqrasiyasıdır...


PİA.az xəbər verir ki, Eadaily.com saytı Azərbaycan Ermənistan münaqişəsi və türk dövlətlərinin inteqrasiyası ilə bağlı məqalı ilə çıxış edib. Həmin məqalənin tərcüməsini təqdim edirik.

Türkiyə və Azərbaycanın fəal iştirak etdiyi türk dövlətlərinin birləşməsi Cənubi Qafqaz və Mərkəzi Asiyada bir-birinə qarışmış konfliktlərin həllinə böyük töhfə verir.

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX sammiti keçirilib. Bu zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib və o, öz çıxışında bunları bildirib:

Azərbaycan türk dünyasının sıx birləşməsinə hər zaman töhfə verib və bundan sonra da türk dünyasının birliyi ideyalarına sadiq qalacaq. 2009-cu ildə keçirilən Naxçıvan Zirvə Toplantısından sonra təşkilatımız böyük inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox əhalisi olan geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat marşrutlarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq, bundan sonra da qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməliyik. Siyasi, iqtisadi, ticarət, mədəniyyət, nəqliyyat, enerji, kənd təsərrüfatı, turizm, rəqəmsal transformasiya sektorları ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı intensivləşdirməliyik”.
Yəni, Azərbaycan Prezidenti faktiki olaraq sammitdə belə bir fikir səsləndirib ki, türk dövlətləri başqa dövlətlərlə, xalqlarla münaqişələrdə bir-birinə dəstək olmalıdır. Əliyev daha sonra 2020-ci ildə ikinci Qarabağ müharibəsinin nəticələrinə toxunub:

Azərbaycan işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı quruculuq işləri aparır. Biz məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün “Böyük Qayıdış” proqramına başlamışıq. Bu prosesdə türk şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edir. Əziz qardaşım prezident Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş torpaqlara üç dəfə səfər etdi, Şuşada, Füzulidə, Zəngilanda, Cəbrayılda oldu.

Mən digər türk dövlətlərinin başçılarını Qarabağa və Şərqi Zəngəzura dəvət edirəm. Fürsətdən istifadə edərək Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə Özbəkistanın Füzuli rayonunda tikəcəyi məktəbə və Qazaxıstan tərəfindən həmin rayonda tikiləcək Yaradıcılıq Mərkəzinə görə minnətdarlığımı bildirirəm. Bu, Azərbaycan və özbək, Azərbaycan və qazax xalqları arasında mövcud olan qardaşlığın təzahürüdür”.

Azərbaycan Qarabağın inkişafını Mərkəzi Asiyanın türk dövlətləri ilə bağlamağa, bununla da Ermənistanın və tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın əleyhdarlarının sayını avtomatik olaraq artırmağa çalışır.

Əliyevin Mərkəzi Asiyanı seçməsi də təsadüfi deyil. Bu regionda dövlətlərin əksəriyyəti türk dillidir və Qazaxıstan, Qırğızıstan və Özbəkistan artıq Türk Dövlətləri Təşkilatının üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Orta Asiyada yeganə türk olmayan dövlət 1992-ci ildə Ermənistanla diplomatik əlaqələr quran Tacikistandır.

Tacikistan həm Ermənistan, həm də Azərbaycanla münasibətləri inkişaf etdirməyə çalışsa da, Düşənbə üçün türk inteqrasiyası İrəvandan heç də az olmayan təhlükə yaradır. Taciklər farsların etnik qohumlarıdır, lakin onlar sünni islamın davamçısıdırlar. Eyni zamanda, 1991-ci ildən sonra Tacikistanın Özbəkistan və Qırğızıstanla gərgin münasibətləri yaranıb. Əgər 2016-cı ildə Özbəkistan prezidenti İslam Kərimovun ölümündən sonra Düşənbə ilə Daşkənd arasında normallaşma başlasa da, Bişkeklə münasibətlər çox da arzuolunan səviyyədə deyil. Elə gətirib ki, Qırğızıstanla Tacikistan arasında 2021-ci və 2022-ci illərdəki döyüşlər məhz Türkiyə və Azərbaycanda bütün türklərin qələbəsi kimi təqdim edilən ikinci Qarabağ müharibəsindən sonra baş vermişi. Və həqiqətən də Azərbaycanın Qarabağda qələbəsi Qırğızıstan cəmiyyətində əks-səda doğurmuşdu.

23 sentyabr 2022-ci il tarixində Bişkekdə “Qarabağ hekayələri” kitabının qırğız dilindəki versiyasının təqdimatı keçirilib. Zalım ermənilərdən və təcavüzə məruz qalan azərbaycanlı qaçqınlarından bəhs edən bu kitabın müəllifləri Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva və Qırğızıstan Yazıçılar Birliyinin üzvü, şair Altınbek İsmayılovdur. Altınbek İsmayılov təqdimatda kitabı yazmaq fikrinin yaranması barədə belə deyib:

“2017-ci ildə “Gənc qırğız şairlərinin poeziya antologiyası” Azərbaycan dilində işıq üzü görüb. Bundan sonra şairə və millət vəkili Qənirə Paşayeva ilə görüşdüyüm Bakıda bu kitabın təqdimatını etdik. Onunla söhbət zamanı bu kitabı qırğız dilinə tərcümə etmək fikri yarandı”.

Təəccüblü deyil ki, bu təqdimatın təşkilatçılarından biri Azərbaycanın Qırğızıstandakı səfirliyi olub və səfir Lətif Qəndilov da tədbirdə çıxış edib. Təqdimatda da iştirak edən Azərbaycanın Dostları Klubunun prezidenti Assol Moldokmatova Qarabağ səfəri ilə bağlı təəssüratlarını bölüşüb:

“Bu il Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə məni Qarabağa dəvət etdilər. Bilirsiniz, mən sadəcə heyrətləndim. Birincisi, bu, Qarabağın bərpası ilə bağlı güclü, sürətli, fundamental işdir. Dünyanın hər tərəfinə uçsam da, yer üzünə belə sevgi görməmişdim. Bizi Qarabağın ətrafına aparanda, dağıdılmış evləri gördüm. Başlanğıcda bunlar gözəl binalar, küçələr olub və hamısı sadəcə olaraq, yerlə yeksan olur. Torpağı belə sevmək olarmı?”.

Amma ən maraqlısı Qırğızıstan Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekovun təqdimat zamanı səsləndirdiyi fikir olub:

“Ev itirməyin nə olduğunu yaxşı başa düşürük. Tacikistanın təcavüzündən sonra minlərlə qaçqınımız öz evlərini tərk etmək məcburiyyətində qalıb. Ona görə də biz Dağlıq Qarabağda baş verən faciəli hadisələrlə bağlı Azərbaycan xalqının ağrısını paylaşırıq”.

Yəni qırğız ziyalılarının nümayəndəsi üçün sünni islamı qəbul edən taciklər də ermənilər kimi türklərə qarşı eyni təcavüzkarlardır.

Müvafiq olaraq, bu təqdimat onu deməyə əsas verir ki, bütövlükdə Qırğızıstan cəmiyyəti öz gələcəyini türk dünyasında Türkiyə-Azərbaycan tandemi ilə birlikdə görür. Və Qırğızıstan Yazıçılar Birliyinin sədrinin ermənilərlə tacikləri bərabərləşdirən mövqeyinin real siyasətlə heç bir əlaqəsi olmadığını iddia etmək olmaz. Əksinə. Belə ki, Türkiyə Xarici İşlər Nazirliyi Qırğızıstan və Tacikistan arasında sudan istifadə problemlərindən qaynaqlanan sərhəd münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır və Ankara münaqişənin sülh yolu ilə həlli üçün vasitəçilik missiyanı təklif etmişdi tərəfdarıdır.

Ancaq real siyasətdə Türkiyə türk həmrəyliyi prinsipini rəhbər tutmağa üstünlük verir. Ona görə də Əliyevin çıxışını türk dövlətlərinə digər münaqişələrdə, o cümlədən qırğız-tacik münaqişələrində birgə hərəkət etmək təklifi kimi başa düşmək olar.

İrəvan və Düşənbəyə gəlincə, hər şey onların məqsədlərindən və prioritetlərindən asılıdır. Belə ki, Nikol Paşinyan hökumətinin tənqid etdiyi eks-prezidentlər Robert Köçəryan və Serj Sarkisyan Ermənistan-Tacikistan münasibətlərini gücləndirilməsi üçün (Tacikistan prezidenti Emoməli Rəhmon Ermənistana səfər etmişdi) strateji düşüncəyə malik olublar. Siyasətin mümkün olanı reallaşdırmaq sənəti olduğu müddəasından çıxış etsək, o zaman indiki şəraitdə də Düşənbə ilə möhkəm əlaqələr İrəvana mane olmayacaq. Təbii ki, Tacikistan Azərbaycanla mübahisə etməyəcək və “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımayacaq.

Bununla belə, Tacikistan Türk Dövlətləri Təşkilatının üzvləri üçün keçilməz olan güclü qalaya çevrilə bilər ki, bu da Ermənistanın iki müttəfiqi olan Rusiyaİranın maraqları ilə üst-üstə düşür.

Bu iki dövlət Mərkəzi Asiyada türk dominantlığında maraqlı deyillər.

Bundan əlavə, güman etmək olmaz ki, Düşənbə ilə Bişkek arasında gedən danışıqlar bütün məsələlərin həllinə gətirib çıxaracaq, çünki Qırğızıstan-Tacikistan münaqişəsi ilə bağlı su ehtiyatları probleminin yaxın illərdə həll olunacağı ehtimalı azdır.

Eyni zamanda Tacikistan türk koalisiyasının rəqibi kimi Ermənistandan daha təhlükəli olacaq, çünki türk millətçiləri Əliyevin vaxtaşırı etdiyi kimi, taciklərə qarşı islam kartından istifadə edə bilməyəcəklər.

Təbii ki, Ermənistan Tacikistanla əlaqələr qursa belə, KTMT-nin üzvü olduğu üçün açıq şəkildə Qırğızıstana qarşı olmayacaq və bunu istəməz də. Lakin Qırğızıstan cəmiyyətinin öz gələcəyini türk dünyasında görməsi fonunda real siyasəti deklarativ niyyətlərdən ayırmağı bacarmaq lazımdır. Məsələn, Qırğızıstan nümayəndələrinin Ermənistanla iqtisadi əməkdaşlığı inkişaf etdirmək istəyi ilə bağlı bəyanatları heç də o demək deyil ki, Bişkek Bakı və Ankaranı İrəvanla dəyişəcək, yaxu da Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu tanıyacaq. Ona görə də belə bir şəraitdə qeyri-türk müsəlman Tacikistan Ermənistan üçün Orta Asiyada ən etibarlı tərəfdaşa çevrilir.

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar