Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənubi Qafqazda “üçlər” alyansının mübarizəsi - Fransa-Rusiya-İran Azərbaycan-Türkiyə-İsrailə qarşı...

İsrailli politoloq Avraham Şmuleviç hesab edir ki, Fransa Qafqazda uzun illərdir ki, rusiyapərəst siyasət yürüdür. Bundan başqa Parisin İrandakı hakim rejimlə uzunmüddətdir davam edən sıx əlaqələri var…

Yəhudi politoloq: “Fransa-Rusiya-İran ittifaqı Azərbaycan, Türkiyə və İsrailin maraqlarına zərbə vurur”.

PİA.az xəbər verir ki, bunu İsrailli politoloq, Qafqaz, İslam dünyası və Yaxın Şərq üzrə ekspert, Şərq Tərəfdaşlığı İnstitutunun (Qüds) sədri Avraham Şmuleviç Caliber.Az-a verdiyi müsahibəsində verib.

Müsahibəsində Avraham Şmuleviç bildirib ki, “Regionda Azərbaycan, Türkiyə və İsrailin maraqlarına zidd olaraq Rusiya, İran və Fransanın üçtərəfli alyansı yaradılır. Politoloqun fikrincə, Azərbaycan, Türkiyə və İsrail bu Fransa-Rusiya-İran ittifaqının bütün perimetr boyu ölkələrimizin maraqlarına zərbə vurduğunu anlayaraq əməkdaşlığı gücləndirməlidirlər.

Qeyd edək ki, Cənubi Qafqaz ətrafında siyasi hadisələrin dinamikasını izləyən bir sıra müşahidəçilər son vaxtlar Azərbaycanın regionda güclənməsinə və onun geosiyasi maraqlarına riayət olunmasına müqavimət göstərməyə yönəlmiş hansısa müttəfiqliyin yaranması əlamətlərini qeyd edirlər. Ölkəmizin İsraillə artan əməkdaşlığı, bir çoxlarını narahat etdiyi üçün artıq Fransa, Rusiyaİran Cənubi Qafqazda üçlü alyans yaradırlar.

Bu alyansın ən aktiv üzvü İrandır. Çünki İran İsrailin Azərbaycanda hər hansı mövcudluğunun qəti əleyhinədirlər. Görünür, Tehranda yaxşı başa düşürlər ki, İsraillə hərbi əməkdaşlıq sayəsində Azərbaycan regionda öz mövqelərini xeyli möhkəmləndirə bilib. Eyni zamanda, Tehran Bakını birbaşa olaraq guya “sionizmin xidmətçisi”nə çevrilməkdə ittiham edir, guya bəzi İsrail kəşfiyyat mərkəzləri Azərbaycan ərazisində fəaliyyət göstərir, İranda daxili siyasi vəziyyəti sarsıdır.

Rusiya birbaşa Putinin dili ilə “Valday” forumunda birmənalı olaraq Ermənistana təklif etdi ki, ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamasın çünki Rusiya 2025-ci ildə sülhməramlılarını Qarabağdan çıxarmaq istəmir.

Noyabrın 15-də Fransa Senatının “Ermənistana qarşı cinayətlər və əsassız təcavüzə” görə Azərbaycana qarşı sanksiyaların tətbiqinə dair qətnamə qəbul etməsi də Cənubi Qafqzda sülhə mane olmaq planının tərkib hissədidir. Bundan başqa, Fransa Ermənistana ağır silahlar vermək istəyir. Bütün bu hərəkətlər isə Azərbaycanın və İsrailin maraqlarına təhlükə yaradır.

Bu üçlük öz təzyiqini davam etdirsə, hər bir hissəsi öz hissəsinə görə uğur qazana bilərmi? Azərbaycan, İsrail, Türkiyə buna qarşı çıxa bilmək üçün hansı imkanlara sahibdirlər?

Abraham Şmuleviç hesab edir ki, doğrudan da, Rusiya, İran və Fransanın üçtərəfli alyansının gücünü, imkanlarını və təhlükəsini qiymətləndirməmək səhv olardı və Fransa Senatındakı son səsvermə də bu təhlükənin miqyasından xəbər verir:

Qafqazda Fransa çoxdan rusiyapərəst ruhda hərəkət edir. Gürcüstana qarşı müharibə zamanı Parisin mövqeyini, eləcə də Gürcüstanın indiki prezidenti Zurabişvilinin keçmişdə Fransa Xarici İşlər Nazirliyinin işçisi olmasını xatırlayın. Keçmiş baş nazir və rusiyalı oliqarx Bidzina İvanişvilinin nəzarətində olan Gürcüstanın hazırkı hökuməti kifayət qədər rusiyapərəstdir. Yəni, Fransanın Gürcüstana kifayət qədər güclü təsir rıçaqları var ki, onlardan rusiyayönlü şəkildə istifadə olunur.

Bundan əlavə, Fransanın İrandakı hakim rejimlə uzunmüddətli əlaqələrini xatırladacağam. Əslində şah rejiminin devrilməsi və psevdoislamçı ayətullahların hakimiyyətə gəlməsi Fransanın köməyi ilə baş verdi. Xomeyni uzun müddət Fransada gizləndi və şah rejimini sarsıtmaq və İslam inqilabını təşkil etmək üçün məhz Fransadan çalışdı. Beləliklə, Fransa cə İrandakı rejimin kifayət qədər uzun bir dostluq və əməkdşlıq ənənəsi var.

Fransa Yaxın Şərqdə də anti-İsrail ruhunda hərəkət edir. Bu haqda çox az adam bilir, məsələn, Fransa İsraili İraq Kürdüstanından sıxışdırmağa çalışır.

Parisdə Ankara arasında münasibətlər də son dərəcə gərgindir. Xatırladım ki, bir neçə ay əvvəl Fransa və Türkiyə hərbi gəmiləri Egey dənizində döyüşə hazır vəziyyətdə üz-üzə dayanmışdılar. Və sonra , səhv etmirəmsə, iki Türkiyə vətəndaşı həlak oldu. Orada dəqiq nə baş verdiyi bəlli deyil. Ölənlərin balıqçı gəmisindən mülki şəxslər olduğu açıqlandı. Həmin vaxt Fransa və Türkiyə müharibənin astanasında idi. Buna Yunanıstan, onun ərazi suları ilə bağlı mübahisəli məsələlər, karbohidrogen hasilatı ilə bağlı mübahisələe səbəb olur”, deyə ekspert bildirib.

İsrailli politoloq hesab edir ki, bu “üçlüyün birliyi” çoxdan mövcuddur və bu məsələdə Fransadakı erməni lobbisinin təsirini də qiymətləndirməmək olmaz, Şmuleviç qeyd edib.

Rusiyaya gəlincə, Moskavaya Qarabağ ətrafında böhranın davam etməsi hava-su kimi lazımdır, çünki bu, Azərbaycana təsir rıçaqlarından biridir. Ona görə də Rusiya əlindən gələni edəcək ki, Azərbaycanla Ermənistan arasında sülh heç vaxt olmasın və qan axmaqda davam etsin.

Bundan əlavə, Ermənistan iqtisadiyyatı tamamilə Rusiyanın nəzarəti altındanır. Rusiyanınn nəzəarətindən kənar olan iqtisadi sahələri isə İran idarə edir. Ermənistanda və ABŞ-dakı erməni diasporunda Yeravanın oriyentasiyasını Rusiyaİrandan Qərbə dəyişmək istəyən müəyyən qüvvələr olsa da, bunun mümkün olduğunu düşünmürəm.

Təkrar edirəm, hər bir halda, bu ittifaq, mövcuddur. Bu, İsrailin də maraqlarına toxunur. Təkcə ona görə yox ki, İsraillə Azərbaycan strateji tərəfdaşdırlar və ölkələrimiz arasında enerji resurslarının, silahların satışı sahəsində əməkdaşlıq mövcuddur, birgə müəssisələr də mövcuddur. Bu ittifaqın maraqları boru kəmərləri sahəsinə də aiddir. İsrail indi öz yataqlarından Avropaya qaz tədarük etməyə başlayır və burada da Fransa ilə müəyyən ziddiyyətlər yaranır”, - deyə politoloq bildirib.

Abraham Şmuleviç qeyd edib ki, hazırda Türkiyə ilə İsrail arasında 2017-ci ildə kəsilən münasibətlərin bərpası var və hərbi əlaqələr bərpa olunur.

“Yeri gəlmişkən, Türkiyə ilə İsrail arasında iqtisadi əlaqələr heç vaxt kəsilməyib, ticarət dövriyyəsi bütün bu illər ərzində yalnız artıb. Türkiyə diplomatiyası da artıq həqiqətən də İsraillə münasibətləri bərpa etmək istədiklərini bəyan edirlər. Bu müsbət inkişafdır.

Azərbaycan nəhayət İsraildə öz səfirliyini açmağa hazırlaşır - bu həm də müsbət məqamdır, ölkələrimiz arasında münasibətləri daha da gücləndirəcək. Bizim ölkələrimiz Fransa-Rusiya-İran ittifaqının bütün perimetr boyu ölkələrimizin maraqlarına zərbə vurduğunu anlayaraq əməkdaşlığı gücləndirməlidirlər.

Düşünmürəm ki, Fransa Senatının qətnaməsi çox ciddi nəticələr versin, lakin digər tərəfdən, təbii ki, Azərbaycan buna ciddi yanaşmalı, real təhlükə kimi qiymətləndirməlidir. Biz ABŞ-la münasibətləri gücləndirməyə çalışmalıyıq və Azərbaycan diplomatiyası Türkiyə ilə Amerika münasibətlərində mövcud olan böhranın hansısa yolla həll olunmasına kömək etməlidir.

Bəzi məlumatlara görə, Əliyev Türkiyə ilə İsrail arasında münasibətlərin yaxşılaşmasında kifayət qədər böyük rol oynayıb. İndi isə ABŞ-la Türkiyə arasında soyuqluğun ortadan qalxması üçün Azərbaycan diplomatiyası bütün imkanlarını səfərbər etməlidir. Çünki aydındır ki, ABŞ-ın mövqeyi son dərəcə vacibdir və Vaşinqton burada Fransaya qarşı çıxan qüvvə kimi çıxış edə bilər. İstəsə, Vaşinqton Parisə təzyiq də edə bilər.

İsrailin Vaşinqtonda ABŞ-Türkiyə münasibətlərini yaxşılaşdırmaq üçün istifadə edilə biləcək güclü lobbisi var. Bir sözlə, ölkələrimiz onlara qarşı olan qüvvələrin olduğunu dərk edərək birgə fəaliyyət göstərməlidirlər.

Bu, Fransadan gələn diplomatik və iqtisadi təhlükəyə qarşı ən doğru yoldur. İrandan Azərbaycana qarşı kifayət qədər güclü hərbi təhlükə var. Ancaq Türkiyə-İsrail münasibətlərinin bərpası, Azərbaycan-İsrail əməkdaşlığının bütün sahələrdə güclənməsi bu təhlükəni önləyə bilər.
Amma bir daha deyirəm, bu qarşıdurma uzun müddətli olacaq və kifayət qədər ciddidir”, deyə israilli ekspert fikirlərini yekunlaşdırıb.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar