Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Bayramlı: Cəmiyyət nəyə layiqdirsə, onu da alır

Biz cəmiyyət olaraq, bir kütlə olaraq şouya meyilli xalqıq...

Sosial şəbəkələrdə meyxanaçı Rəşad Dağlıya görə pul yığılması və yardım olunmasıyla bağlı xəbərlər yayılmaqdadır. Lakin daha acınacaqlı vəziyyətdə olan adi insanlara kömək edilmir. Ümumiyyətlə, cəmiyyət həqiqi ehtiyacı olanlara yox, məhşurlara daha çox yardım etmək əhvalındadır. Bəs bunun səbəbi nə ilə bağlıdır?

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı Demokrat.az-a açıqlamasında bildirib ki, təəssüf ki, bu hallar cəmiyyətdə sosial və psixoloji-mənəvi vəziyyətin necə acınacaqlı olduğunu göstərən  faktdır.

Sosioloq qeyd edib ki, biz cəmiyyət olaraq, bir kütlə olaraq şouya meyilli xalqıq: “Bu tip məşhur adamlarla, müğənnilərlə daha çox maraqlanırıq və onlara bütün diqqəti yönəltməklə məşğuluq. Amma daha dəhşətli, daha ağır, daha faciəli problemlərə reaksiyamız sıfır səviyyəsindədir. Biz bunu 20-30 ildir öz fəaliyyətimizdə aydın görürük. Bu xalqın həyatına təsir edən ən ağır problemləri qaldırırsan, mübarizə aparırsan, ifşa edirsən, işıqlandırırsan- reaksiyalar sıfır səviyyəsindədir. Amma hansısa bir müğənninin, özünün yaşayışını yüksək səviyyədə təmin edən insanların bütün həyatı, vəziyyəti hamını maraqlandırır. Evində acından ölən belə onunla bağlı fikir bildirir, yaxud da dəstəkləyir. Bu, biabırçı bir haldır. Məsələn, uşaq pulu ilə bağlı bir məsələ qaldırırsan, heç bir reaksiya, dəstək yoxdur. Saytda verirsən oxunma yoxdur, sosial şəbəkədə isə heç olmasa 3 nəfər rəy bildirmir. Amma, bu kimi hallarda xüsusən də, kriminal aləmlə bağlı, şou əhli ilə bağlı insanlara çox böyük diqqət və sevgi var. Hansı ki, bu insanlar xalqın acınacaqlı vəziyyətdə olan hissəsi üçün heç nə etmir, heç bir mübarizə aparmır. Onların gələcəyi, mənafeyi,  inkişafı üçün heç bir fəaliyyət göstərmir. Yalnız özlərinin karyerasını, biznesini, məşhurluğunu, pulunu düşünür. Sırf belələrinə bu cəmiyyət daha çox reaksiya verir. Onlar da belələrinin sayəsində o mərtəbələrə çatırlar”.

Ekspert bu sahədə vəziyyətin acınacaqlı olduğuna diqqət çəkib: “Çox təəssüf ki, vəziyyət getdikcə pisləşir. Heç kim xalqın ümumi problemləri, əhalinin vəziyyəti, uşaqlarımızın gələcəyində maraqlı deyil. Narkomaniya baş alıb gedir, təhsildə biabırçılıqdır, qiymətlər günbəgün qalxır, yoxsullaşma artır. Bu problemlərlə bağlı cəmiyyətin reaksiyası sıfırdır. Nə deyim? Belə bir cəmiyyətik. Əgər biz təfəkkürün ibtidai səviyyəsindəyiksə, hələ bizdə vəziyyət bundan da pis olmalıdır.  Yaxşı ki, hələ belədir. Başqa cür heç nə deyə bilmərəm. Səbəbləri budur və bunun başqa heç bir səbəbləri yoxdur. Bu, nə insani, nə də humanitar hisslər deyil. Bir vətəndaş olaraq öz ölkəsinin, xalqının faydasına, xeyrinə, gələcəyinə yönələn  işlər deyil. 5-6 nəfər adam kütlənin boğazına ip salıb sürüyür. Sosial şəbəkələr vasitəsilə, media vasitəsilə bax belə saqqızlar atır kütlənin ağzına, onlar da bir həftə, bir ay çeynəyirlər. Halbuki, bu 100-cü dərəcəli də deyil. Mən ən azı 100 dənə problem sayaram ki, bu daha vacibdir. Amma, bu problemlərini birinə belə həmin bu kütlə münasibət bildirmir. Qısaca desək, kütlə nəyə layiqdirsə, onu da alır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar