Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO ilə Rusiya arasında qarşıdurma olarsa, bunun KTMT-yə hansı təsirləri ola bilər?

Ümumiyyətlə KTMT ölkələrinin NATO-ya qarşı Rusiyanın müttəfiqi olaraq çıxış etməsi nə qədər inandırıcıdır?..

Politoloq: “Maraqlı məsələ bu raketin Polşa ərazisindəki HHM sistemləri tərəfindən zərərsizləşdirilməməsidir”.

“Qarşıdurma baş verəcəyi təqdirdə KTMT ölkələrinin NATO blokuna qarşı müttəfiq kimi çıxış etməsi mümkün və real deyil”.

Bu sözləri politoloq Azər Qasımov Polşanın ərazisinə düşən raketin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Polşa ərazisinə düşən iki raket bütün NATO-nu ayağa qaldırıb. Polşa bu raketin Rusiyaya aid olduğunu gecə saaatlarında təsdiqləyib. Ukrayna münaqişəsinin NATO-Rusiya hərbi qarşıdurmasına keçəcəyi halda və NATO-nun verəcəyi qərarların KTMT-yə hansı təsirləri ola bilər? Ümumiyyətlə KTMT ölkələrinin NATO-ya qarşı Rusiyanın müttəfiqi olaraq çıxış etməsi nə qədər inandırıcıdır?

Mövzunu PİA.az-ın əməkdaşı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “NATO onsuz da Ukraynanın əli ilə istəyinə nail olur. Əlavə itki və xərcə düşmək məntiq xaricindədir”.

Artıq bu raketin Ukrayna hava hücumundan müdafiə sistemlərinin rus raketlərini vurarkən təsadüfən Polşa ərazisinə düşdüyünün açıqlandığı deyən politoloq PİA.az bildirib ki, əgər raketin Rusiyaya aid olduğu isbat edilsə belə, tərəflər xəbərdarlıqla kifayətlənəcəklər:

NATO ölkəsi Polşaya Rusiya raketinin düşməsi beynəlxalq durum baxımından çox təhlükəli vəziyyət yaradır. Bu, NATORusiya arasında müharibə səbəbidir. Hesab edirəm ki, tərəflər bu faktın üzərinə ciddi getməyəcəklər. Artıq bu raketin Ukrayna hava hücumundan müdafiə sistemlərinin rus raketlərini vurarkən təsadüfən Polşa ərazisinə düşdüyünü vurğulayıblar. Əgər raketin Rusiyaya aid olduğu isbat edilsə belə, tərəflər xəbərdarlıqla kifayətlənəcəklər.

Fikrimcə, bu faktdan müharibə başlamaq üçün istifadə etmək heç bir tərəfə lazım deyil. Maraqlı məsələ bu raketin Polşa ərazisindəki HHM sistemləri tərəfindən zərərsizləşdirilməməsidir. Ola bilsin ki, bu faktı ört-basdır etmək üçün nisbətən süni ajiotaj yaratmaq istəyən maraqlı dairələr ola bilər. ABŞ NATO-nun sərhədlərini qorumaq üçün milyardlarla dollar xərcləyib, müxtəlif müdafiə sistemləri qurub ki, bunun effektivliyi də gündəm məsələsi ola bilər. Görünən odur ki, dünyanın güclü ordularının da reklam edildiyi kimi güclü olmadığı bu müharibə dövründə ortaya çıxır.

Qarşıdurma baş verəcəyi təqdirdə KTMT ölkələrinin NATO blokuna qarşı müttəfiq kimi çıxış etməsi mümkün və real deyil. Səbəb odur ki, kimsə Rusiyaya hücum etməyib, əksinə Rusiya bu durumda NATO-ya hücum etmiş kimi görünür. Bu belə olmasa da, NATO-ya qarşı KTMT üzvü kimi Rusiya ilə birlikdə çıxış etmək qədər ümidvaram ki, kimsə ağlını itirməyib.

Azər Qasımov: “Moskvanın Ukraynada Qərb təsirlərinin genişlənməsinin qarşısını almaq üşün apardığı müharibədə müttəfiqləri yoxdur”.

Hesab edirəm ki, hətta Rusiyaya NATO ölkəsindən təcavüz olsa belə, Ermənistan, Qazaxıstan və digər ölkələr Rusiyaya görə Şimal Alyansı ilə müharibəyə getməyəcək. Bu məsələdə KTMT ölkələri arasında təkcə Belarusu istisna etmək olar.

Rusiyaya qarşı sanksiyalara münasibətdə istər KTMT, istərsə də Avrasiya İqtisadi İttifaqı ölkələri bu sanksiyalara qarşı şıxmaqdan imtina etdilər və faktiki olaraq öz müttəfiqləri olan Rusiyaya qarşı sanksiyaların iştirakçısı oldular. Ona görə də Rusiya NATO və kollektiv Qərbə qarşı mübarizədə təkdir və Moskvanın Ukraynada Qərb təsirlərinin genişlənməsinin qarşısını almaq üşün apardığı müharibədə müttəfiqləri yoxdur. Rusiyanın bu müharibədə müttəfiqlərinin olmaması isə Moskvanın məğlubiyyətini qaçınılmaz edir. Bunun isterikasını isə Rusiya mətbuatından artıq müşahidə edirik.

NATO-nun Rusiya ilə hərbi qarşıdurmasına gəlincə isə, hesab edirəm ki, Şimal Alyansı heç bir vaxt buna getməz. NATO onsuz da Ukraynanın əli ilə istəyinə nail olur. Əlavə itki və xərcə düşmək məntiq xaricindədir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar