Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fransanın Azərbaycandakı səfirliyini bağlamaq lazımdır” - Partiya sədri

“Fransa bizim ərazimizdə ikinci bir dövlətin yaradılması ilə bağlı xüsusi qətnamə qəbul edib. Amma biz bunu heç vaxt qəbul edə bilmərik və Fransanın bu qərarını rədd edirik”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnaməni PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Fransa Senatı noyabrın 15-də Fransa hökumətini “Azərbaycanın Ermənistan üzərinə hücumlarına və Qarabağdakı təcavüzünə görə” Bakı üzərinə sanksiyalar qoymağa çağıran qətnaməni 295 səs leyhinə, 1 səs əleyhinə nisbəti ilə qəbul edib.

Qətnamədə habelə “Azərbaycanın sentyabrda Ermənistan ərazisinə hücumu pislənir, Bakıya qoşunlarını Ermənistan ərazisindən çıxarması üçün” çağırış edilir.

Senatın Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib, Fransa səfirliyinin qarşısında piket çevirməyə hazırlaşırıq”.

Bizim diplomatiyamızın, oradakı səfirliyimizin, diasporamızın işləmədiyini vurğulayan partiya sədri əlavə edib ki, əgər bu günə qədər onlar 5 fransız senatı öz tərəfinə çəkə bilməyiblərsə, demək heç işləmirlər:

“Fransa həmişə Azərbaycana qarşı qərəzli mövqedə olub. Buna görə də bu gün Fransa bizim ərazimizdə ikinci bir dövlətin yaradılması ilə bağlı xüsusi qətnamə qəbul edib. Amma biz bunu heç vaxt qəbul edə bilmərik və Fransanın bu qərarını rədd edirik. Düşünürəm ki, Fransa ilə münasibətlərə yenidən baxmaq lazımdır. Bildiyimiz kimi Azərbaycan Fransada böyük sərmayələr qoyub.

Biz Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib, Fransa səfirliyinin qarşısında piket çevirməyə hazırlaşırıq. Fransanın Azərbaycana qarşı belə qərəzli mövqeyi bəlli idi. Çox təssüf hissi keçirirəm ki, demokratiyadan dən vuran dövlət erməniləri ruhlandıran bir qərar qəbul etdilər. Eyni zamanda təəssüf hissi keçirirəm ki, bizim diplomatiyamız, oradakı səfirliyimiz, diasporamız işləmir. Əgər bu günə qədər onlar 5 fransız senatı öz tərəfinə çəkə bilməyiblərsə, demək ki, heç işləmirlər.

Hafiz Hacıyev: “Azərbaycan xarici siyasətində çox böyük nöqsanlar var”.

Qarabağa statusdan söhbət gedə bilməz. Çünki Qarabağ, Xankəndi Azərbaycanındır. Yaxın günlərdə Xankəndinə icra başçısı da təyin olunmalıdır. Ermənilərə də Azərbaycan vətəndaşları olması ilə bağlı bir daha xəbərdarlıq edilməlidir. Əgər razı olmurlarsa, yenidən anti-terror əməliyyatları başlayıb öz torpaqlarımızı azad etməliyik. Bundan sonra Fransa nə qədər bağırır bağırsın. Eyni zamanda Fransanın Azərbaycandakı səfiri də qoyulmalıdır. Fransanın Azərbaycandakı səfirliyini bağlamaq lazımdır.

Bir daha qeyd edim ki, Azərbaycan xarici siyasətində çox böyük nöqsanlar var. Onlar bütün sahələrdə aldadıcı manevrlər edirlər və dövlət başçısına düzgün məlumatlar çatdırılmır. Belə olan halda da ölkəmiz Senatın qərəzli qətnaməsi ilə üz-üzə qalır. Belə həssas dövrdə millətin birliyi lazımdır. Amma bu birliyi də qoruyub-saxlamağa imkan vermirlər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar