Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşaya atılan raketlər və NATO-nun imtahanı...

Polşa raketin Rusiyaya aid olduğunu təsdiqləyib...

Politoloq: “NATO əslində Polşaya atılan raket hadisəsi ilə bağlı böyük imtahan qarşısındadır”.

“Hələlik NATO-Rusiya qarşıdurması haqqında danışmaq tezdir. Çünki hiss olunur ki, NATO-nun ipini çəkən əsas dünya gücləri heç də bu qarşıdurmada maraqlı kimi görünmürlər”.

Bu sözləri politoloq Natiq Miri Polşaya atılan raketlərin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Polşa ərazisinə düşən iki raket bütün NATO-nu ayağa qaldırıb. Polşa bu raketin Rusiyaya aid olduğunu gecə saaatlarında təsdiqləyib. Bu gün isə bu məsələ ilə bağlı NATO ölkələrinin səfirlərinin məsləhətləşmələri olacaq. Ukrayna münaqişəsinin NATO-Rusiya hərbi qarşıdurmasına keşməsinə ehtimal vermək olar və baş verən insidentdən sonra NATO tərəfindən hansı addımlar atıla bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Birbaşa NATO-Rusiya qarşıdurması kontekstində ABŞ daha ehtiyyatlı davranmağa üstünlük verir”.

NATO-nun davranışının ittifaqa üzv olan ölkələrin gələcək təhlükəsizliyi ilə bağlı müəyyən məsələlərə aydınlıq gətirəcəyini vurğulayan politoloq PİA.az-a bildirib ki, buninla da Şimal Alyansının nizamnaməsində kollektiv müdafiə ilə bağlı müddəanın belə hadisələrdə işlək olmasını, yoxsa yalnız söz yığınından ibarət olduğu aydınlaşacaq:

“Düşünürəm ki, ərazisinə düşən raketin Rusiyaya aid olması haqqında Polşanın açılqması araşdırma aparmadan verdiyi ilk açıqlamadır. Amma bu yöndə təkcə Polşanın deyil, eyni zamanda ABŞNATO rəhbərliyinin ekspertlərinin də araşdırma aparacaq. Bunun nəticəsinə uyğun olaraq da addım atılacaq.

Ayrıca bu məsələdə ABŞ nisbətən daha etibarlı bir davranış ortaya qoyur. Fikir verirsinizsə, ABŞ-ın rəhbərliyi bu raketlərin Rusiyaya məxsus ola bilməyəcəyini də iddia etməklə bərabər, hətta bu raketlərin bilərəkdən və yaxud bilməyərəkdən Polşaya düşmə məsələsinin də araşdırılması ilə bağlı açıqlama verib. Digər bir versiya isə Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin vurduğu Rui\\siya raketinin Polşa ərazisinə düşməsi ilə bağlıdır. Bu daha inandırıc versiya olaraq görünür və son açıqlamalar da bu versiyanın əsas götürülməsi ilə bağlı ehtimalları gücləndidir. Bu faktın özü də göstərir ki, birbaşa NATO-Rusiya qarşıdurması kontekstində ABŞ daha ehtiyyatlı davranmağa üstünlük verir.

Natiq Miri: “Düşünürəm ki, NATO-nun verdiyi qərar bu müdafiə qurumunun gələcəyini müəyyən edəcək”.

Həmçinin, bu məsələ NATO-nun gələcək prespektivi ilə bağlı bir məsələdir. Yəni NATO əslində Polşaya atılan raket hadisəsi ilə bağlı böyük imtahan qarşısındadır. Çünki NATO-nun davranışı ittifaq üzvü olan ölkələrin gələcək təhlükəsizliyi ilə bağlı müəyyən məsələlərə aydınlıq gətirəcək. Bu da NATO-nun nizamnaməsində kollektiv müdafiə ilə bağlı müddəanın belə hadisələrdə işlək olmasını, yoxsa yalnız söz yığınından ibarət olduğu aydınlaşacaq.

Buna görə də düşünürəm ki, NATO-nun verdiyi qərar bu müdafiə qurumunun gələcəyini müəyyən edəcək. Bu baxımdan hələlik NATO-Rusiya qarşıdurması haqqında danışmaq tezdir. Çünki hiss olunur ki, NATO-nun ipini çəkən əsas dünya gücləri heç də bu qarşıdurmada maraqlı kimi görünmürlər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar