Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-dən Rusiyanın “təzminat” ödəməsi tələbi gəldi... - Moskva bu imiclə fövqəldövlət olaraq qala biləcəkmi?

Digər tərəfdən Rusiyanın bu qədər az ölkə tərəfindən dəstəklənməsi, hətta KTMT üzrə müttəfiqləri tərəfindən belə dəstəklənməməsi nədən xəbər verir?..

Beynəlxalq hüquq üzrə mütəxəssis: “BMT Baş Assambleyasının növbədənkənar iclasında Rusiyanın Ukraynaya təzminat ödəməsi ilə bağlı qəbul etdiyi qətnamədə itkilərin və zədələrin ödənilməsi üçün beynəlxalq mexanizmin, habelə sübut və iddiaların sənədləşdirilməsi üçün reyestr yaradılması təklif olunur”.

Rusiyanın Ukraynaya təzminat ödəməsi prosesində BMT-nin heç bir rol oynamayacaq. Çünki təklif olunan mexanizmin BMT-dən kənarda yaradılması təklif edilib və heç kimin Baş Assambleyada fəaliyyətinə görə hesabat vermək planının olmadığı əlavə edilib”.

Bu sözləri beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova BMT Baş Assambleyasının Rusiyadan Ukraynaya “təzminat” ödənilməsi ilə bağlı qətnamə qəbul etməsini PİA.az-a şərh edərkən qeyd edib.

BMT Baş Assambleyası Rusiyadan Ukraynaya “təzminat” ödənilməsi ilə bağlı qətnamə qəbul edib və bu qətnaməyə qarşı cəmi 14 ölkə səs verib. Onların arasında isə Rusiyanın ənənəvi müttəfiqləri MDB və KTMT dövlətləri Belarus istisna olmaqla yoxdur. Rusiyanın bu qədər az ölkə tərəfindən dəstəklənməsi nədən xəbər verir və dünən qəbul edilən qətnamə həm də Rusiyanın müharibəyə görə mühakimə olunacağını şərtləndirə bilərmi? Eyni zmanda BMT tərəfindən belə bir qətnamənin qəbul olunması Rusiyanın imicinə nə qədər ziyan vurur?

Mövzunu PİA.az-ın əməkdaşı beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Təzminatın milyardlarla dondurulmuş Rusiya aktivlərindən əldə edilə biləcəyi qeyd edilir”.

Rusiyanın BMT-nin Kompensasiya Komissiyası yaradılmasını dəstəklədiyini xatırladan mütəxəssis bildirib ki, indi isə, özünə qarşı eyni hüquqi prosesin başladılmasına qarşı çıxır:

BMT-nin hesablamalarına görə, Ukrayna daxilində 12 milyon insanın yardıma və müdafiəyə ehtiyacı var, 4 milyondan çox ukraynalı isə qaçqın vəziyyətindədir hansı ki, onların da qonşu ölkələrdə müdafiə və yardıma ehtiyacı olduğu bildirilir. BMT Baş Assambleyasının növbədənkənar iclasında Rusiyanın Ukraynaya təzminat ödəməsi ilə bağlı qəbul etdiyi qətnamədə itkilərin və zədələrin ödənilməsi üçün beynəlxalq mexanizmin, habelə sübut və iddiaların sənədləşdirilməsi üçün reyestr yaradılması təklif olunur.

Əvvəlcə onu qeyd edim ki, təşkilatın büdcəsi kimi bəzi daxili məsələlər istisna olmaqla BMT Baş Assambleyasının qətnamələrinin sanksiya qüvvəsi yoxdur. BA-nın qərar və qətnamələri üzv dövlətlər üçün avtomatik olaraq məcburi hüquqi öhdəliklər yaratmır, sırf tövsiyyə xarakteri daşıyır. Baş Assambleya mahiyyətcə müzakirə məclisidir, müxtəlif məsələlərlə bağlı fərqli fikirlərin ifadə edildiyi və müzakirə edildiyi bir forumdur. Beynəlxalq sülh və təhlükəsizlik məsələlərinin həlli ilə məşğul olan və eləcə də təzminat komissiyasının yaradılmasına dair qərar verəcək olan orqan BMT Təhlükəsizlik Şurasıdır. Müharibə cinayətlərini Beynəlxalq Cinayət Məhkəməsi (İCC) araşdırır, təzminat məsələləri ilə bağlı iddialar isə əsasən Beynəxalq Ədalət Məhkəməsində (ICJ) qaldırılır. Rusiya da məhz bu səbəbdən qətnaməni dəstəkləyən ölkələrin Baş Assambleyanı məhkəmə orqanına çevirməyə çalışdıqlarını qeyd edib.

Ancaq bir məqam var ki, Baş Assambleyada dünyanın bütün ölkələri təmsil olunduğu üçün bu orqanın qəbul etdiyi qətnamələrdə çoxluğun fikri əks olunur. Bilirsiz ki, BMT-nin Baş Assambleyasında 193 üzv dövlət təmsil olunur və demək olar ki, dünyanın həmən-həmən bütün dövlətlərini əhatə edən nümayəndəli orqandır. BA-nın qəbul etdiyi qətnamələrdə qeyd olunan müddəalara dövlətlərin çoxunun riayət etməsi və tətbiq etməsi, o cümlədən, bu müddəaların qanunun tələbi olduğunu qəbul etmələri (Lat. opinio juris) gələcəkdə onların sanksiyalaşma ehtimalını artırır.

Vüsalə Əhmədova: “Rusiya qətnaməni dəstəkləyən ölkələrin Baş Assambleyanı məhkəmə orqanına çevirməyə çalışdıqlarını qeyd edib”.

Rusiyanın Ukraynaya təzminat ödəməsi ilə bağlı qətnaməsini də 94 ölkə lehinə, 14 ölkə əleyhinə, 73 ölkə isə bitərəf qalmaqla qəbul edib. Ayrıca da, BMT Təhlükəsizlik Şurasının veto hüququna sahib beş daimi üzvünün yekdilliyi səbəbindən hərəkət edə bilməməsi zamanı, Baş Assambleyaya beynəlxalq sülh və təhlükəsizlik məsələlərini həll etmək səlahiyyəti verilir. Hazırkı xüsusi sessiya da məhz Ukraynaya hücumu pisləyən Təhlükəsizlik Şurasının qətnaməsinə Rusiyanın veto qoymasından sonra çağırılıb. Bilirsiz ki, 1991-ci ildə İraqın Küveyti işğalından sonra BMT-nin Kompensasiya Komissiyası (UNCC) yaradılmışdı. Komissiyanın qurbanlara təzminat üçün 52 milyard dollardan çox pul ödədiyi bildirilirdi.

Hətta, Rusiya da bu komissiyanın yaradılmasını dəstəkləmişdi. İndi isə, özünə qarşı eyni hüquqi prosesin başladılmasına qarşı çıxır. Ayrıca, Rusiyanın Ukraynaya təzminat ödəməsi prosesində BMT-nin heç bir rol oynamayacaq. Çünki təklif olunan mexanizmin BMT-dən kənarda yaradılması təklif edilib və heç kimin Baş Assambleyada fəaliyyətinə görə hesabat vermək planının olmadığı əlavə edilib. Bundan əlavə, təzminatın milyardlarla dondurulmuş Rusiya aktivlərindən əldə edilə biləcəyi qeyd edilir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar