Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə AŞ-nin insan haqları qurumundan çıxarıla bilər...

Ankara Avropa Şurasının hüquq sferasından kanarlaşdırılacqmı?..

PİA.az  xarici mətbuata əsasən xəbər verir ki, ekspertlər nəticələrlə bağlı ətraflı açıqlama verməsələr də bildirirlər ki, Türkiyə qurumdan uzaqlaşdırılmamlıdır. Çünki bu qərar 85 milyonluq ölkənin vətəndaşlarını hüquqlarının bərpası mexanizmindən məhrum edə bilər

Ekspertlər bildirir ki, AŞ Nazirlər Komitəsi Ankaraya qarşı indiyədək cəmiyyətdaxili dialoqu dəstəkləyən hüquqi prosedur başlayıb, lakin bu, Türkiyənin qurumdan çıxarılması və ya üzvlüyünün dayandırılması ilə nəticələnə bilər.

Qəbul oluna biləcək qərarlar barədə suallara cavab verən AŞ sözcüsü bildirib ki, atılacaq addımlar və müddət barədə qərar Komitənin səlahiyyətindədir.

AİHM məlumatları göstərir ki, 1959-2021-ci illər arasında Türkiyə ilə bağlı 3820 qərar çıxarılıb ki, onlardan 3385-i ən azı bir hüquq pozuntusunu əhatə edir ki, bu da üzv ölkələr arasında ən yüksək göstəricidir. Türkiyə 46 üzv dövlət arasında ən böyük əhaliyə malikdir və konvensiyanı onların bir çoxundan əvvəl imzalayıb.

Artıq ikinci dəfədir ki, AŞ üzvü olan dövlətə qarşı icraat başlanır.

Əvvəl Azərbaycana qarşı başlanan prosedurun nəticəsində Azərbaycan nəhayət ki, hökmü icra etdi.

Tanınmış qadın hüquqları müdafiəçisi Nebahat Akkoç ümid edir ki, Avropa Şurası son zərbəni vurmayacaq: "Ümid edirəm ki, (Türkiyə) səlahiyyətlilər AİHM-in qərarlarını yerinə yetirəcək və biz Qərb dünyasından tamamilə qopmayacağıq."

O bildirib ki, Türkiyənin AİHM qərarlarını yerinə yetirməkdən imtina etməsi onu “pessimist” edib. Onun sözlərinə görə, Türkiyə Avropa İnsan Haqları Konvensiyasına qoşulmasaydı, burada qanunun aliliyi olmazdı.

Akkoç deyir ki, Avropa İnsan Haqları Məhkəməsi(AİHM) 2000-ci ildə Türkiyədə həbsdə olarkən işgəncələrə məruz qaldığına dair qərar çıxardıqdan sonra onun həyatı yenidən başlayıb.

Ancaq indi o, qorxur ki, Türkiyə 2019-cu ildə həbsdə olan iş adamı və xeyriyyəçi Osman Kavalanın azadlığa buraxılması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarını yerinə yetirə bilmədiyi üçün aparıcı insan haqları qurumu olan Avropa Şurasından uzaqlaşdırılmaqla üzləşəcək və türklər bu qurumun müdafiəsindən məhrum qalacaqlar.

Mənbə: arabnews.com

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar