Kanadalı araşdırmaçılar müəyyən edib ki, pul insanı xoşbəxt edir.
Britaniya Kolumbiyası Universitetinin alimləri 7 ölkədən 300 iştirakçı ilə işləyib. İştirakçılar 2 qrupa bölünüb. Onlardan birinə birdəfəlik 10.000 dollar xərclik pul verib. Pulu xərcləmələri üçün konkret vaxt da məyyən olunub - 3 ay.
Bundan sonra həm xərclik alanlar, həm də almayanlar 6 ay boyu izlənilib.
Tədqiqatın sonunda nağd pul alan qrupda olanlar, pulu necə xərcləmələrindən asılı olmayaraq, özlərini daha xoşbəxt hiss ediblər.(yenisabah)
pia.az