Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“WhatsApp”dan yeni funksiya: Kimin mesajını silmisinizsə...

Platforma “mesajların redaktəsi” funksiyası üzərində işləyir...

“WhatsApp” onlayn mesajlaşma platforması yeni funksiyanı təqdim etməyi planlaşdırır. 

Bu gələcək funksiya artıq bəzi mübahisələrə səbəb olub. Belə ki, yeniliyə əsasən, edilən  əməliyyatı geri qaytarmaq mümkün olacaq. 

Yaxınlarda məlum olmuşdu ki, platforma “mesajların redaktəsi” funksiyası üzərində işləyir. 

Bundan əlavə, mesajlaşma proqramında, hər kəsin bildiyi kimi, mesajları silmək funksiyası var. Bu funksiya “Hər kəs üçün sil” və ya “Mənim üçün sil” seçimlərindən ibarət olmaqla mesajları müəyyən müddət ərzində silməyə imkan verir. 

İndi ortaya çıxan yeni funksiya isə bu silinən mesajların geri qaytarıla bilməsini nəzərdə tutur. 

“WhatsApp” əməliyyatı geri qaytarmağa imkan verən düymə üzərində işləyir. Məsələn, bir mesajı səhvən silsəniz, bu düymə sayəsində mesajlaşmanı geri qaytara biləcəksiniz. 

Mesajlar silindikdən sonra ekranın aşağı hissəsində “Mesaj silindi” sözləri ilə bildiriş görünür. 

Bu bildirişin yan tərəfində isə əməliyyatı geri qaytarmağa imkan verən “Geri al” düyməsini görə bilərsiniz. Bunun “Gmail”dəki geri qaytarma funksiyasına bənzədiyi qeyd edilir. 

Yeni funksiyadan həm qrup mesajlarında, həm də fərdi mesajlarda istifadə etmək mümkündür. Ancaq “Geri al” düyməsinin “Hər kəs üçün sil” funksiyası ilə silinmiş mesajlara təsirli olub-olmayacağı məlum deyil. (Haber Global)

pia.az


Etiket: “WhatsApp”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar