Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 9 noyabr - Dövlət Bayrağı Günü qeyd olunub

PİA.az xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, vətəndaşlara, xüsusilə gənc nəslə Azərbaycan bayrağına hörmət və sevgi hissinin aşılanmasından ibarətdir.

Əvvəlcə Azneft meydanında əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi altında "Şuşam" kamera xoru və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “Xəzər” xor kollektivi tərəfindən Dövlət himnini səsləndirilib.

Daha sonra dövlət bayrağının rənglərindən ibarət helium şarların səmaya buraxılıb. Həmçinin Dənizkənarı Milli Parkın ərazisindəki müxtəlif məntəqələrdə ziyarətçilərə Azərbaycanın Dövlət bayrağı və bayraq formalı döş nişanları hədiyyə edilib.

Aksiya zamanı bayram abu-havası yaratmaq məqsədilə uşaqların üzləri (Face art) Azərbaycan bayrağının rənglərində boyanıb.

Qeyd edək ki, gün ərzində Dövlət Kukla Teatrının arxasındakı səhnədəki böyük monitorda Dövlət Bayrağı Gününə həsr edilmiş videoçarxlar nümayiş etdiriləcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar