Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşaya səfər edəcək fotomüxbirlərin qeydiyyatına başlanılır

Layihənin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyədən olan gənc fotomüxbirlər vasitəsilə Şuşanın tarixinin və mədəni irsinin yerli, türk və gürcü gəncləri arasında təbliğ edilməsidi...

“Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) İctimai Birliyi “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsi çərçivəsində iştirak etmək istəyən fotomüxbirləri müraciət etməyə dəvət edir.

Azərbaycan Respublikasının Gənclər Fondunun “Şuşa ili” ilə bağlı elan etdiyi müsabiqədənkənar qrant müsabiqəsinin qalibi olan layihə Şuşanın tarixi və mədəni irsi, işğal dövründə ermənilər tərəfindən törədilən vandalizmi, gənclərin qayıdışa motivasiya olunması və Şuşada aparılan bərpa-quruculuq işləri ilə bağlı məlumatlılığın artırılmasının fotolar vasitəsi ilə həyata keçirilməsi ideyasını daşıyır. Layihənin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyədən olan gənc fotomüxbirlər vasitəsilə Şuşanın tarixinin və mədəni irsinin yerli, türk və gürcü gəncləri arasında təbliğ edilməsidir.

Layihədə iştirak etmək istəyən yerli fotomüxbirlər 15.11.2022-ci il 23:59-a qədər UYD ictimai birliyinin (@uydib) sosial şəbəkə hesablarından iştirak şərtləri ilə tanış olaraq qeydiyyat anketi ilə ( https://bit.ly/3FTuLlE ) müraciət edə bilərlər.

Məlumat üçün qeyd edək ki, tanınmış fotomüxbir Orxan Əzimin ekspert kimi iştirak etdiyi layihəyə Azərbaycan, Gürcüstan və Türkiyədən olan 10 gənc fotomüxbir cəlb olunacaq. Layihə çərçivəsində Bakı, Tbilisi, Marneuli, Bolnisi, İstanbul, Eskişehir və Antalya şəhərlərində Şuşanı əksetdirən fotolardan ibarət 9 sərginin keçirilməsi nəzərdə tutulur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Ən çox oxunanalar