Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaz təchizatı sistemi qışa hazırdırmı?

Ekspert: Su və elektrik təchizatı ilə bağlı problemlər var, qaz təchizatında isə vəziyyət qənaətbəxşdir...

Havalar soyuyur, istilik sisteminə ehtiyac artıq hiss edilir. Ölkə əhalisinin əsas hissəsi istilik sistemini qazla təmin etdiyi üçün qaz təchizatı ilə bağlı mövsümü qayğılar da başlayır. Əksəriyyəti narahat edən məsələlər qaz təchizatında yarana biləcək problemlər, koda düşən sayğaclar və hər hansı bir qəza nəticəsində soyuq aylarda qazsız qala bilmək ehtimalıdır. Bu yazımızda qaz təchizatı sahəsindəki vəziyyət və qış mövsümünə hazırlığın səviyyəsini araşdırmışıq.

Əhalinin təbii qaz təchizatında vəziyyət necə olacaq?

İstilik mövsümünün startına noyabr ayından başlanılır. Qaz istehsalı və əhaliyə verilən qazın həcmi getdikcə artırıldığından qaz təminatında problemlərin olmayacağı gözlənilir.

Azəriqaz İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevdən aldığımız məlumatına görə 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına uyğun olaraq şəbəkəyə ötürülən təbii qazın təzyiqinin tənzimlənməsi və normada saxlanılaraq istehlakçıların fasiləsiz təbii qazla təmin olunması üçün 668 ədəd qaz tənzimləyici, 546 ədəd müxtəlif diametrli bağlayıcı armatur quraşdırılıb və ya əvəz olunub, 57 ədəd qaz tənzimləyicinin yeri dəyişdirilib, 148 ədəd qaz tənzimləyici dayaqlar üzərinə qaldırılıb.

Şöbə rəisi onu da qeyd edib ki, qış mövsümünə hazırlıq işləri tamam başa çatıb və bu mövsüm qazla təchizatda heç bir problem olmayacaq. Tələbat artdıqca təbii qazın verilişi də artırılır”.

Abonentlərin şikayət və müraciətləri haqda isə İB rəsmisi qeyd etdi ki, cari il ərzində ümimilikdə 6251 müraciət daxil olub, ötən illə, yəni 2021-ci illə müqayisədə isə 1320 müraciət az təşkil edir.

Koda düşən sayğaclar: Niyə düşür, necə açmalı?

Son vaxtlar smart sayğacların tez-tez koda düşməsi və qaz təminatını dayandırması məsələsi əhali tərəfindən narahatlıqla qarşılanır. Əvvəllər sadə tipli qaz hesablayıcıları üçün ödənişi sərfiyyatdan sonra edirdik, lakin smart sayğaclar quraşdırıldıqdan sonra istifadə edəcəyimiz təbii qaza görə ödənişi əvvəlcədən edirik. Bu sayğaclar təbii qazdan təhlükəsiz istifadə olunmanı da təmin edir. Lakin bir çox hallarda istehlakçılar təbii qazdan istifadə zamanı muvafiq təhlükəsizlik qaydalarına düzgün riayət etmir, bu zaman sayğacın klapanı bağlanır, sayğac koda düşür və avtomatik olaraq, təbii qazın verilişi dayanır. Proqram təminatında aparılmış müvafiq işlər nəticəsində smart tipli qaz sayğacları koda düşdükdə abonent kartları vasitəsi ilə onları işə salmaq mümkündür. Artıq abonentlər öz kartları ilə “ALARM 3”, “ALARM 5” və “FO-44” koda düşmələrini aradan qaldıra bilərlər.


Bunun üçün abonentlər göstərilən təlimatları ardıcıllıqla yerinə yetirməlidirlər:

1. Smart tipli sayğac koda düşdükdə ilk öncə kart koda düşmüş sayğaca daxil edilir. Bu zaman sayğacın ekranında olan informasiya avtomatik olaraq həmin abonentin kartının yaddaşına köçürülür. İki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.

2. İstənilən ödəmə məntəqəsində kartın balansına minimum 1 AZN məbləğində vəsait ödənilir.

3. Ödəniş həyata keçirildikdən sonra abonentin mənzilində olan qaz cıhazları təhlükəsilik tələblərinə uyğun olaraq sızma testinin aparılması üçün bağlı vəziyyətdə saxlanılmalıdır.

4. Kart ödəniş həyata keçirmək üçün sayğaca daxil edilir və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.

5. Sayğacın üzərindəki göy düymə (klapan aç) 5 saniyə sıxılı saxlanılır. Bu zaman sayğac özü avtomatik olaraq 190 saniyədən geri saymağa başlayır. Göstərilən müddət bitdikdən sonra saygac koddan çıxır və təbii qazın verilişi bərpa olunur.

Qeyd edək ki, bu əməliyyat üçün heç bir xidmət haqqı tələb olunmur və sayğacın koddan çıxarılması zamanı ödənilən məbləğ abonentin balansına əlavə olunur.

Ekspert: Qaz təchizatında vəziyyət 180 dərəcə dəyişib

Ümumiyyətlə, qaz təchizatı sistemini və abonentlərə xidmətin səviyyəsini necə qiymətləndirmək olar? Son illərdə bu sahədə hansı dəyişikliklər var?

Sosial problemlər və kommunal xidmətlər üzrə araşdırmaçı ekspert Elçin Bayramlının fikrincə, ümumilikdə, kommunal təchizatlarla bağlı problemlər hələ də tam həll olunmayıb: “Hər il qış gələndə kommunal sistemlərlə bağlı şikayətlər artır. Xüsusən də, su və elektrik təchizatı ilə bağlı. Qaz təchizatında isə vəziyyət qənaətbəxşdir, abonetlərə xidmətin keyfiyyəti ilə bağlı şikayətlər son illərdə minimuma düşüb. Azəriqaz İstehsalat Birliyi hazırda ölkədə ən şəffaf fəaliyyət göstərən dövlət təşkilatıdır. Tez-tez vətəndaşlarla görüşlər keçirilməsi, mütamadi olaraq “Açıq qapı” tədbirlərinin təşkili, İB rəhbərliyinin rayonlarda sakinlərlə görüşləri və istənilən abonentin birbaşa baş direktor tərəfindən qəbul edilməsi çox təqdirəlayiqdir. Son illərdə yaşayış məntəqələrinin qazlaşdırılması, abonentlərin şikayətlərinin operativ şəkildə aradan qaldırılması, təhlükəsizlik tədbirlərinin artırılması kimi işlər bu sahədə vəziyyəti kəskin dəyişib”.

Ekspert deyir ki, kommunal təchizat idarələrinə vətəndaşların müraciəti çox vaxt çətin olur: “Su, elektrik, istilik və məşiət tullantıları ilə bağlı idarələrin qaynar xəttinə düşmək çox çətindir, eləcə də onların rəhbər şəxslərinin qəbuluna. Düşəndə də şikayətlərə baxılmır ya da çox gec baxılır. Bunların heç birinin rəhbəri vətəndaşlarla birbaşa görüşmür, sosial şəbəkələrdə interaktiv əlaqədə olmur- yalnız Azəriqaz-ı istisna etmək olar. Azəriqaz-ın qaynar xəttinə edilən müraciət və şikayətlərə dərhal reaksiya verilir və müvafiq tədbir görülür. İB-nin rəhbər şəxsləri daim abonentlərlə birbaşa və virtual təmaslarda olur. Hətta baş direktor Ruslan Əliyev Feysbuk sosial şəbəkəsində tez-tez canlı yayıma çıxaraq istifadəçilərin bütün suallarını şəxsən oxuyur, şikayətlərin araşdırılması və tədbir görülməsi ilə bağlı müvafiq əməkdaşlara tapşırıq verir.

Bu, çox müsbət bir təcrübədir, digər kommunal idarələr üçün nümunədir. Belə təmaslar vətəndaş-məmur münbasibətlərində qarşılıqlı inamı və işin keyfiyyətini yüksəldir. Mən arzu edərdim ki, bütün kommunal idarələrinin rəhbərləri də işə bu cür münasibət göstərsin”.

“Təhlükəsizlik normalarına əməl edilməlidir”

Elçin Bayramlı qaz təchizatı ilə bağlı bəzən bilərəkdən yanlış məlumatlar yayıldığını və məsələnin mahiyyətini bilməyən media orqanlarının da aldandığını deyir: “Məsələn, bəzən texniki səbəbdən qaz təminatı qısa müddətə kəsilir, hər hansı bir səbəbdən qaz borusuna su düşdükdə borunun təmizlənməsi üçün ora güclü təzyiqdə hava vurulur. Bu zaman bəziləri iddia edir ki, qz xəttinə hava vurulur və vətəndaşlar zərərə düşür. Halbuki, proses vaxtı qaz təchizatı ana xəttdən kəsildiyindən abonentin sayğacı bu havanı yaza biməz. Yalnız hava vasitəsilə boru təmizəndikdən və yenidən qaz veriləndən sonra abonetlərə gedən xətlər açılır və sayğac məhz bu zaman işə düşür. Ümumiyyətlə, işlək qaz xəttinə hava vurulması texniki cəhətdən də mümkün deyl, çünki bu partlayışa səbəb ola bilər”.

Ekspert deyir ki, son dövrdə dəm qazından zəhərlənmə halları, partlayış hadisələri və sair qəzalar minimuma ensə də, ara-sıra qəza hadisələri baş verir ki, bu da bəzi abonentlər tərəfindən standarta uyğun olmayan qaz cihazlarının və sair avadanlıqlarının istifadəsi, təlimata uyğun olmayan formada qurulması nəticəsində olur: “Ona görə də, abonentlər bu kimi hallarda müvafiq idarəyə müraciət etməli, təhlükəsizlik normalarına əməl edilməsini təmin etməlidirlər. Mənzillərdə qiyməti elə də baha olmayan qaz detektorlarının quraşdırması çox vacibdir. Bu detektorlar hər hansı bir səbəbdən qaz sızması zamanı siqnal verir və xətti qapayır. Beləliklə faciənin qarşısı alınır.

Unutmalı deyilik ki, xüsusən çoxmənzilli binalarda yaşayanlar qeyri-standrt qaz cihazlarından və avadanlıqlarından istifadə etdikdə, təhlükəsizlik normalarına əməl etmədikdə, özləri ilə bərabər onlarla insanın həyatını təhlükəyə atmış olurlar. Bu səbəbdən də, kommunal sistemlər arasında ən təhlükəlisi olan qaz təhlükəsizliyinə çox ciddi diqqqət yetirilməlidir. Qazla bağlı hər hansı bir problem olanda dərhal aidiyyatı idarəyə müraciət edilməsi lazımdır”.(tvpress.az)

pia.az


Etiket: Qaz təchizatı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar