Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan yeni peyklər buraxacaq

Bu gün Azərbaycan kosmik sənayedə etibarlı tərəfdaş olaraq qəbul olunur...

"Azərbaycan gələcəkdə yeni peyklər buraxacaq və bununla da yeni məlumatlar kəşf olunacaq".

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos)” İdarə Heyətinin sədri Saməddin Əsədov “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, telekommunikasiya infrastrukturunun böyük hissəsi peyk fəaliyyətindən asılıdır: "Hamı naviqasiya xidmətlərindən istifadə edir, meteorologiya və iqlim dəyişikliyi araşdırmaçıları isə peyklərin tədqiqat şəkilləri və məlumatlarından yararlanır. Günəş fəaliyyəti və kosmik hava ilə bağlı müzakirələr getdikcə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan hökumətinin hazırda üç istismarda olan peyki var. Agentlik olaraq, bu obyektlərin verdiyi məlumatları bir çox iqtisadi sahələrdə tətbiq edirik. Onlar telekommunikasiya infrastrukturunun inkişafında böyük rol oynayır. Günəş və kosmik anomaliyalar peyk infrastrukturuna təsirsiz ötüşmür. Əməliyyatçı olaraq, bu anomallıqdan əziyyət çəkirik. Müxtəlif təşkilatçılardan çoxsaylı məlumatlar əldə edirik və peyklərin fəaliyyətini öncədən görməyə çalışırıq. Müəyyən tədbirlər görürük ki, bu təsirin mənfi nəticələri bir o qədər görsənməsin".

"Azərkosmos"un sədri bildirib ki, Azərbaycanın 2030-cü ilə qədər kosmik sahəsindəki fəaliyyətləri ilə bağlı geniş sənədlər hazırlanır: "Bu gün Azərbaycan kosmik sənayedə etibarlı tərəfdaş olaraq qəbul olunur. Gələn il Bakıda Beynəlxalq Astronavtika Konqresi keçiriləcək".

pia.az


Etiket: yeni peyklər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar