Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya postsovet məkanına təsirini itirir: Sabitlik pozulacaq, yeni “boz zonalar" yaranacaq

Ermənistanla Azərbaycan, Tacikistanla Qırğızıstan arasında uzun müddətli münaqişələrin yenidən alovlanması, Qazaxıstan prezidenti Qasım-Comart Tokayevin Moskvadan açıq şəkildə uzaqlaşması, beynəlxalq şirkətlərin, rus elitasının Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə kütləvi qaçısı beynəlxalq ekspert birliyinin Rusiyanın postsovet məkanında təsirini itirməsindən danışmağa vadar edir. Analitik mərkəzlər yazır ki, Ukraynada müharibəyə başlamaqla uzun illər bu təsirini məqsədyönlü şəkildə genişləndirən prezident Vladimir Putin tam əks effekt əldə edib. Lakin bu proses təkcə Rusiyanın imperiya ambisiyalarının məğlubiyyəti ilə deyil, həm də regionda heç kim Rusiyanın yerini tutmadıqda, keçmiş postsovet məkanında "boz zonalar"ın, münaqişələrin və təhlükələrin artması ilə nəticələnəcək.

Qaynarinfo xəbər verir ki, Alman Xarici Siyasət Cəmiyyəti (DGAP) Ukraynadakı müharibənin Rusiyanın postsovet məkanında təsirinin azalmasını sürətləndirdiyini və həm dünya ictimaiyyəti, həm də postsovet ölkələrinin milli elitaları tərəfindən Kremlin regiondakı rolunun yenidən nəzərdən keçirilməsinə səbəb olduğunu iddia edən analitik icmal dərc edib.

İcmalda qeyd edilir ki, sürətli iqtisadi artımla dəstəklənən və Rusiyanın özündə mərkəzdənqaçma qüvvələrinin effektiv şəkildə yatırılması ilə müşayiət olunan məqsədyönlü səylər Kremlə Mərkəzi Asiya, Qafqaz və Şərqi Avropada postsovet məkanında əsas oyunçuya çevrilməyə imkan verib. Uzun illərdir ki, Rusiya miqrantlar və investisiyalar üçün cəlbedici məkan olub. Beynəlxalq şirkətlər üçün Rusiyada istehsal müəssisələrinin açılması demək olar ki, avtomatik olaraq postsovet məkanının əksəriyyətinin bazarlarına çıxış demək idi. Rusiya Tacikistanla Qırğızıstan, Ermənistanla Azərbaycan arasında münaqişələrin həllində vasitəçi və sülhün təminatçısı kimi görünürdü. Postsovet məkanının elitaları Kremli öz ölkələrində avtoritar rejimlərin qorunub saxlanmasının qarantı kimi görürdülər.

DGAP ekspertləri yazır ki, müharibənin başlaması ilə hər şey dəyişdi. Keçmiş sovet ölkələrinin milli elitasına aydın oldu ki, Rusiya onlar üçün siyasi mədəniyyət modeli deyil, əksinə, onların suverenliyi üçün real təhlükədir. MDB sammitində Tacikistan prezidenti Emoməli Rəhmon Rusiya prezidentindən Mərkəzi Asiya ilə Sovet dövründə olduğu kimi davranmamağı xahiş edib. Beynəlxalq biznes keçmiş SSRİ-nin digər ölkələrinə fəal şəkildə köçməyə başlayıb. Oktyabrın 19-da Qazaxıstan prezidenti 50-dən çox beynəlxalq şirkətin Rusiyadan Qazaxıstana köçdüyünü bəyan edib. Özbəkistan və Ermənistana da az şirkətlər köçməyib. Rusiya elmi və mədəni elitasının on minlərlə, yüz minlərlə nümayəndəsi Orta Asiya və Cənubi Qafqaz ölkələrinə köçüb. Rusiya pasportu cəlbediciliyini itirib və həyati təhlükə mənbəyinə çevrilib. DGAP-a görə, bir çox dondurulmuş münaqişələrin yenidən alovlanmasına səbəb, Ukraynanın işğalı səbəbindən Rusiyanın zəifləməsi olub.

2022-ci il aprelin sonunda Tiraspolda Dnestryanı Dövlət Təhlükəsizliyi Nazirliyinə, sonrakı günlərdə Tiraspol hava limanına və digər infrastruktur obyektlərinə silsilə hücumlar edildi. 2022-ci ilin avqustunda Dağlıq Qarabağda 2020-ci ildə atəşkəs sazişinin imzalanmasından və Rusiya sülhməramlılarının ölkəyə daxil olmasından bəri ən intensiv toqquşmalar baş verdi. Eyni zamanda Rusiyanın Qarabağ münaqişəsində ənənəvi olaraq oynadığı əsas vasitəçi rolu Avropa İttifaqına keçdi. 2022-ci ilin sentyabrında Tacikistan və Qırğızıstan arasında aktiv hərbi toqquşmalar baş verdi.

DGAP ekspertlərinin fikrincə, dondurulmuş münaqişələrin yenidən qızışması bir neçə səbəbdən baş verib. Birincisi, Kremlin diqqəti Ukraynaya tamamilə hopub və sadəcə olaraq onun bu münaqişələrin qarşısını almaq və həll etmək üçün kifayət qədər resursları yoxdur. İkincisi, Rusiyanın bu bölgələrdən Ukraynaya göndərilən daha çox əsgərə ehtiyacı var.

Corctaun Universitetinin Avropa, Rusiya və Avrasiya araşdırmaları institutunun direktoru Marlen Laruel "Foreign Affairs” jurnalında dərc olunan məqaləsində yazır ki, Qərb Rusiyanın postsovet məkanında təsirini itirməsinə çox da sevinməməlidir. Birincisi, Kremlin təsirinin azalması keçmiş SSRİ ölkələrində yeni "boz zona”ların və yeni etnik-ərazi münaqişələrinin yaranmasına gətirib çıxarır. Bəzi oyunçular Rusiyanın zəifləməsindən istifadə edərək, dondurulmuş münaqişələrin status-kvonunu öz xeyrinə zorla dəyişdirəcəklər. İkincisi, Rusiyanın Mərkəzi Asiyada zəifləməsi Əfqanıstandan Avropaya narkotrafikinin artmasına, həmçinin Tacikistan və Qırğızıstanda radikal islam ideyalarının yayılmasına şərait yaradacaq. Qərb ölkələri ortaya çıxan çağırışlara dərhal reaksiya verə bilməyəcək. Və Rusiyanın postsovet məkanında rolu getdikcə azalsa da, Moskva geniş tarixi, iqtisadi və mədəni əlaqələri sayəsində regionda mühüm oyunçu olaraq qalacaq. Lakin Laruelin fikrincə, Ukraynadakı müharibə nə qədər uzun sürərsə, bu əlaqələr bir o qədər tez qırılacaq və Rusiyanın postsovet ölkələri üçün əhəmiyyəti azalacaq.

pia.az


Etiket: Rusiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Ən çox oxunanalar