Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı idarə müdirini bu statusuna görə sərt tənqid etdi: "Axmaqın biri axmaq" – Fotofakt

"Sənin bu ədəbsizliyinin cavabını vermək mənim borcum olsun"...

Bir müddət bundan əvvəl Quba Soyqırımı Memorial Kompleksi ərazisində qanunsuz tikinti işlərinin başlamasına etiraz edən Quba-Xaçmaz Regional təhsil idarəsinin müdiri Rüfət Haciyev öz facebook hesabında “Quba Soyqırımı Memorial Kompleksi ərazisinin satılmasını şiddətlə qınayıram.Aidiyyatı şəxslərlə bağlı müvafiq tədbirlər görülməlidir” sözlərini yazmışdı. İdarə müdirinin bu statusu Quba RİH-nin başçısı Ziyəddin Əliyevi bərk qəzəbləndirib və demək olarki rayonda keçirilən bir çox tədbirdə Rüfət Haciyevi sərt tənqid etməyə başlayıb. Sonuncu dəfə ötən həftə keçirilən rayon tədbirində isə Ziyəddin Əliyev Quba-Xaçmaz Regional təhsil idarəsinin müdiri Rüfət Haciyev haqqında daha kəskin danışıb və onun ünvanına doğru qeyri-etik ifadələr işlədib.

7Times.az etibarlı mənbədən verilən məlumata görə, icra başçısı idarə müdirinə “axmaqın biri axmaq”, “mənim otaqımda mənə qarşı təzim edən bu olmuyub sanki”, “sənin bu ədəbsizliyinin cavabını vermək mənim borcum olsun” kimi ifadələr səsləndirib.

Qeyd edək ki, Rüfət Haciyev bir müddət bundan əvvəl Təhsil Naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional təhsil idarəsinin müdiri vəzifəsinə təyin edilib. Bu təyinatdan sonra o Quba RİH-nin təşkilatçılıqı ilə keçirilən heç bir tədbirdə iştirak etmiyib.Onun bu davranışları isə icra başçısı Ziyəddin Əliyev tərəfindən yaxşı qarşılanmıyıb. Ötən ay Rüfət Haciyevin Quba Soyqırımı Memorial Kompleksi ərazisində qanunsuz tikinti işlərinin başlamasına etiraz olaraq yazdıqı status isə bardağı daşıran son damla olub. Deyilənə görə Ziyəddin Əliyevin təhsil idarəsinin müdiri Rüfət Haciyevlə aralarında olan bu münasibətsizlik icra başçısının rayonun təhsil sistemində olan problemlərə də daha qabarıq və emosianal davranmasına zəmin yaradıb.Hətta səyyar vətəndaş qəbullarında belə icra başçısı vətəndaşlara,”təhsillə bağlı nə probleminiz var” deyərək müraciətlər edir bu istiqamətdə səsləndirilən problemlərin müzakirəsi üçün daha geniş fütsətlər yaradılır. Vəziyyət o həddə gəlib çatıb ki,icra başçısı adiyyatı olmayan rayon tədbirlərində sözü təhsilə gətirib Rüfət Haciyevi sərt tənqid edir.

Sözügedən statusu sizə təqdim edirik:

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar