Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda kiçik mühərrikli avtomobilləri niyə sığortalamırlar?

Mərkəzi Bank tərəfindən mütəmadi olaraq lazımi tədbirlərin görülməsi davam etdiriləcəkdir...

Son zamanlar avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığorta şirkətlərinə qarşı şikayətləri artmaqda davam edir. Buna səbəb isə avtomobillərin mühərrik həcmi 1500 kub/santimetrədək olan halda şirkətlər tərəfindən sığortalamaqdan imtina etməsi və ya prosesin bilərəkdən uzadılmasıdır.

Şikayətçilərdən biri “Report”a bildirib ki, müraciət etdiyi sığorta şirkəti sistemin işləmədiyini bəhanə gətirərək onun işə salınması üçün əlavə vəsaitin ödənilməsinin təklif edir, lakin ondan sonra avtomobil sığortalanır.

Sahə üzrə ekspert İlkin İbrahimov belə şikayətlərin gün ərzində 5-6 vətəndaşdan daxil olduğunu bildirib:

“Bu prosesin yubanması malus sisteminin (sığortalının hadisə törədib törətməməsindən asılı olaraq tariflərdə tətbiq edilən güzəşt və ya əlavələr) işləməməsi ilə əlaqələndirilirdi”.

Qeyd edək ki, “Bonus-Malus”un hesablanmasında dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minib. Avtomobillərin icbari sığortası üzrə tətbiq edilən yeniliklər intizamlı sürücülərin daha az, riskli sürücülər üçün isə malus əmsalı ilə daha çox sığorta haqqı hesablanmasına şərait yaradır. Bununla yanaşı əgər əvvəl köhnə ildə baş verən sığorta hadisələrinin statistikası əsasında “Bonus-Malus” əmsalı yeni ilin yanvarın 15-də hesablanırdısa, artıq bu əmsal real vaxt rejimində hesablanacaq. Yəni, dünən sığorta hadisəsi baş veribsə, sabah sığorta müqaviləsi sistemə daxil ediləndə artıq baş vermiş hadisə sığorta haqqının hesablanmasında nəzərə alınacaq. Eyni zamanda, hadisə baş verməyibsə, bu da real vaxt rejimində daha az sığorta haqqının hesablanmasına təsir edəcək.

İ.İbrahimov bildirib ki, sığorta şirkətləri sığorta agentləri ilə xidməti müqavilə bağladıqdan sonra onların qarşısında qanunla müəyyən olunmayan şərt qoyur:

“Onlara bildirilir ki, kiçik tutumlu mühərriki olan avtomobilləri sığortalaya bilməzsiniz. Nəticədə sığorta agentləri elektron sistemə daxil olarkən orada 1500 kub/ santimetrədək olan bəndi bağlı olduğunu görürlər. Bu isə istehlakçıların hüquqlarının pozulması deməkdir, çünki “İcbari sığortalar haqqında” Qanunda və Mülki Məcəllədə qeyd olunur ki, ölkə ərazisində olan bütün avtonəqliyyat vasitələri məcburi şəkildə sığortalanmalıdır”.

Yəni, İcbari Sığorta Bürosunun üzvü olan bütün sığorta şirkətləri qeyd-şərtsiz bütün avtomobilləri sığortalamalıdır.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “Report”a bildirilib ki, bu kimi hallarla bağlı Assosiasiyaya hələ hər hansı bir müraciət daxil olmayıb:

“Öz tərəfimizdən bildirmək istəyirik ki, bu kimi neqativ halların birbaşa olaraq sığorta şirkətləri tərəfindən həyata keçirilməsi inandırıcı görünmür. Çünki sığorta şirkətləri daxilində qeyd olunan neqativ halların qarşısının alınması ilə bağlı müxtəlif ciddi tədbirlər görülür və bunun şirkətlərdə baş verməsi qeyri-mümkündür.

Hesab edirik ki, bəlkə də qanunsuz yollarla artıq qazanc əldə etmək istəyən bəzi işbaz vasitəçilər ucbatından bu kimi hallar ortaya çıxa bilər. Hər bir halda real faktlara əsaslanan araşdırmanın aparılmasına ehtiyac var, bu araşdırmanın başladılması üçün də real faktların olması mütləqdir.

Bildirmək istəyirik ki, belə hallarla bağlı real faktlara əsaslanan müraciətlər aldığımız halda, qanunvericiliyə əsaslanan tədbirlərin görülməsi üçün maliyyə bazarlarına nəzarət orqanı olan Azərbaycan Mərkəzi Bankına tərəfimizdən məlumat verilərək müraciət ediləcək”.

İcbari Sığorta Bürosundan bildirilib ki, avtomobil vasitəsi sahiblərinin mülki məhsulliyətinin İcbari Sığortası ilə bağlı müraciət alan sığorta şirkətləri icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz:

“Əgər vətəndaş sığorta ilə bağlı şirkətə müraciət edirsə, onun bu istəyi sığorta şirkəti tərəfindən təmin olunmalıdır. Əks halla qarşılaşan vətəndaşlar (sürücülər) sığorta sektorunda dövlət tənzimlənməsini və nəzarəti həyata keçirən Azərbaycan Mərkəzi Bankına müraciət etmək hüququna malikdirlər”.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, “İcbari sığortalar haqqında” Qanunun 3.1.1-ci maddəsinə əsasən icbari sığortaların müvafiq sığorta növü üzrə sığorta marağı olan hər kəsə şamil edilməsi və məcburiliyi icbari sığortaların bu Qanunda nəzərdə tutulan əsas prinsiplərindəndir.

“Həmin Qanunun 5.3-cü maddəsinə əsasən sığortalılar sığorta müqaviləsi bağlamaq üçün müvafiq icbari sığorta növünün aparılmasına icazəsi olan hər hansı sığortaçını seçməkdə sərbəstdirlər. “Sığorta fəaliyyəti haqqında” Qanunun 3.4-cü və “İcbari sığortalar haqqında” Qanunun 23.3-cü maddələrinə əsasən sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Sığorta bazarında avtoicbari üzrə bəzi marka və model avtomobillərin sığortaçılar tərəfindən sığortalanmasından imtina edildiyinə dair şikayətlər Mərkəzi Banka daxil olduqda müraciət edən vətəndaşların icbari sığortalanması dərhal təmin edilir.

Ümumilikdə, Mərkəzi Banka daxil olmuş istehlakçı müraciətləri əsasında tərəfimizdən sığorta bazarının ümumi monitorinqi aparılır və istehlakçıların qanuni mənafelərinin təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan bütün mümkün nəzarət tədbirləri həyata keçirilir. Qeyd edək ki, avtoicbari müqavilələrinin qeyri-qanuni yolla bağlanmasına dair Mərkəzi Banka bugünədək hər hansı məlumat daxil olmamışdır. Belə hallar olduğu təqdirdə müvafiq şəkildə Mərkəzi Banka müraciət edilməsi xahiş olunur. Sığorta sektorunda tənzimləmə və nəzarətin sığorta qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi, həmçinin istehlakçıların qanuni mənafelərinin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən mütəmadi olaraq lazımi tədbirlərin görülməsi davam etdiriləcəkdir”, - açıqlamada deyilir.




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar