Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Azərbaycan və Ermənistan liderlərini niyə dəvət edib?

Bütün məsələlər üçtərəfli görüşdə ciddi müzakirə olunacaq...

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin bu ayın sonuna qədər görüşə bilərlər. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, V.Putin AzərbaycanErmənistan liderlərini tərəflər arasında olan bütün məsələlərin müzakirəsi üçün üçtərəfli sammitə dəvət edib.

Azərbaycan prezidenti və Ermənistan baş naziri sonuncu dəfə Praqada oktyabrın 6-da görüşüblər. Görüşdə Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının (Aİ) Prezidenti Şarl Mişel da iştirak edib.

Yelisey Sarayının həmin görüşdən sonra yaydığı bəyanatda qeyd edilib ki, Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır: “Ermənistan Azərbaycanla sərhəddə mülki Aİ missiyası göndərilməsinə razılıq verib… Missiyanın məqsədi inam yaratmaq, hesabatları ilə sərhəd komissiyalarının işinə töhfə verməkdir”.

Artıq həmin missiyanın fəaliyyətə başladığı bildirilir. Həmin görüşlərdən sonra Prezident Əliyev ilin sonunadək sülh sazişinin imzalanacağını istisna etməyib.

Bundan əvvəl də 2022-ci ildə iki ölkənin liderləri bir neçə dəfə Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə görüşüblər.

Rəsmi Moskvanın təşəbbüsü ilə İ.Əliyevin N.Paşinyanla son görüşü isə 2021-ci ilin noyabrında Soçidə baş tutub. Görüşdə V.Putin də iştirak edib.

Bəs Azərbaycanda ayın sonuna qədər gözlənən bu görüşə hansı ümidləri bəsləyirlər?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov “Turan”a bildirib ki, indiki halda görüşün keçirilməsi tamamilə fərqli məzmun kəsb edir: “İndiki halda Rusiya ilə Qərbin münasibətləri son dərəcədə gərginləşib. Üstəgəl, son zamanlar tənzimlənmə prosesində Fransanın iştirakı, eyni zamanda, Fransanın antiazərbaycan və antirusiya davranışı diqqətdən yayınmır”.

Onun sözlərinə görə, rəsmi Moskva fərqindədir ki, artıq Avropa İttifaqının mülki missiyası Ermənistan-Azərbaycan münasibətlərini tənzimləmək üçün ilk dəfədir ki, regiona göndərilib: “Onlar artıq iki ay müddətinə gəlib Ermənistanın sərhədində yerləşiblər. Bir neçə gün əvvəl Nikol Paşinyan söylədi ki, bu missiyanın oradakı vaxtı uzadıla bilər. Hazırda Yerevanın dəvəti ilə ATƏT-in missiyası Ermənistandadır. ABŞ konqresmenlərinin də Ermənistana səfərlərinin sayı artıb. Rusiya bütün bunları öz strateji maraqlarına təhdid və Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq cəhdi kimi hesab edir”.

Deputatın fikrincə, bu görüş Rusiyanın özü üçün əhəmiyyətlidir: “Rusiya Paşinyanın yürütdüyü siyasətdən olduqca ehtiyatlanmağa başlayıb. Digər tərəfdən, Rusiyada güclü erməni lobbisi var, hansı ki, bu ölkənin kütləvi informasiya vasitələrində postlar tutub və Azərbaycana qarşı fikirlərini səsləndirir. Bu da Rusiya-Azərbaycan münasibətlərinə ziddir”.

Komitə üzvü hesab edir ki, bütün bu məsələlər üçtərəfli görüşdə ciddi müzakirə olunacaq.

Siyasi şərhçisi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, həmin üçtərəfli görüşün baş tutacağına şübhə ilə yanaşır: “Çünki onun baş tutmaması üçün xeyli səbəblər var. Bu, Rusiyanın Ukraynadakı məğlubiyyətidir, Azərbaycan-Ermənistan arasında davam edən gərginlikdir, Azərbaycanın İran tərəfindən təhdid olunmasıdır, Azərbaycan-Rusiya münasibətlərində bəzi anlaşılmazlıqlardır”.

Onun fikrincə, görüş baş tutsa belə, onda real anlaşmanın əldə olunacağı da şübhə doğurur: “Ona görə ki, istər Ermənistan, istərsə də Azərbaycan çox gözəl anlayır ki, Rusiya sülh prosesində vasitəçilikdən daha çox pozuculuq rolunu oynayır. Yəni, Rusiyanın məqsədi heç də Qafqazda sülhə nail olmaq deyil. Azərbaycanla Ermənistan arasında sülh əldə ediləcəyi halda, Rusiya Qafqazdan faktiki olaraq çıxıb getməli olacaq”.

Yazıda səslənən tənqidi fikirlərə Rusiya və Fransanın Azərbaycandakı səfirliklərindən münasibət öyrənmək mümkün olmayıb. Amma hər iki ölkənin rəsmiləri dəfələrlə bəyan ediblər ki, onlar AzərbaycanErmənistan arasında sülhün bərqərar olmasında maraqlıdırlar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar