Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DSMF-nin sabiq şöbə müdiri 18 min manat rüşvət verdiyini deyib 

Səlim Müslümovun məhkəməsi...

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

PİA.az apaya istinadən xəbər verir ki, bu gün hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda məcburi gərilmiş şahidlərin ifadələri dinlənilib. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon şöbələrinin müdirləri olmuş şahidlər ifadələrində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət Şöbəsinin rəis müavini Nizami Xanlarova rüşvət verdiklərini deyiblər. 2016-cı ildən 2020-ci ilə qədər DSMF-nin Kəlbəcər rayon şöbəsinin müdiri olmuş Novruz Çıraqovun dediyinə görə, işlədiyi müddət ərzində şöbədə iki dəfə yoxlama keçirilib. Həmin yoxlamalar zamanı qanunsuzluqlar aşkar olunduğuna görə işi bağlamaq üçün iki dəfəyə 18 min manat pul verib:

"Birinci yoxlama işə başlayandan üç ay sonra keçirildi. Nazirliyin Daxili Nəzarət Şöbəsinin keçirdiyi yoxlama zamanı müxtəlif qanun pozuntuları üzə çıxdı. Sonrakı günlərdə Nizami Xanlarov zəng etdi ki, gəl nazirliyə... Görüş zamanı dedi ki, hörmət elə bir şey edək. Mən də işdən çıxarılmayım deyə 8 min manat verdim.

Mənə və işçilərə töhmət verildi, məsələ də bağlandı. İkinci yoxlama da 2018-ci ildə oldu. Həmin yoxlamadan sonra da Nizami Xanlarova 10 min manat verdim".

Prokuror Babaxan Həsənəliyev şahidin 4 il ilə 18 min manatı necə qazandığını soruşub.

Şahid hələ bu vəzifəyə təyin olunmazdan da əvvəl imkanlı şəxs olduğunu deyib: "Biz əsil-nəcabətli nəsil olmuşuq. Özüm 10 il Kəlbəcər İcra Hakimiyyəti başçısının müavini olmuşam. Bundan başqa, bizim 100 ildən artıq arı təsərrüfatımız olub".

Dövlət Sosial Müdafiə Fondunun Şirvan, Ağdam, Xocavənd, Yevlax, ŞəmkirZərdab şöbələrinin müdirləri işləmiş şahidlər də bənzər ifadə veriblər.

Şahidlərin sözlərinə görə, nazirlik tərəfindən işlədikləri şöbələrdə yoxlamalar keçirilib, qanun pozuntuları aşkar olunub. Qanunsuzluqlara göz yumulması üçün isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət Şöbəsinin rəis müavini Nizami Xanlarova 10-20 min manat arası rüşvət veriblər. Bundan sonra isə hər biri töhmət və inzibati tənbehlə işlərinə davam ediblər.

Proses oktyabrın 31-i davam etdiriləcək.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Səlim Müslümov cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar