Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bahalaşma şadlıq saraylarına da təsir edib: Qiymətlər 45 manatdan başlayır

Menyu qiymətlərinin dəyişməsi gözləniləndir...

Məhərrəm və Səfər ayları başa çatdıqdan sonra ölkəmizdə sentyabrın 27-dən etibarən toy məclislərinin keçirilməsinə başlanıldı. Ölkəmizdə davam edən bahalaşma şadlıq sarayları və restoranlardan da yan keçməyib. Menyu qiymətlərinin əvvəlki illərə nisbətən kəskin şəkildə yüksək olduğu, bu səbəbdən də müraciət edənlərin sayında azalma müşahidə edildiyi bildirilib.

Mövcud durumla maraqlanmaq üçün Oxu.Az-ın əməkdaşı restoranlar arasında sorğu keçirib.

Şadlıq saraylarından birinin səlahiyyətlisi standart menyu tətbiq etmədiklərini bildirib:

“Ölkəmizdə davam edən bahalaşma, əlbəttə ki, şadlıq saraylarına da öz təsirini göstərir. Lakin biz menyunu əvvəlki kimi tərtib etmişik. Qiymət qaldırmırıq. Menyunu yerində danışırıq. Standart qiymət yoxdur. Ortalama 40-45 manatdır. Qiymət ev sahibinə görə müəyyən edilir”.

Səlahiyyətli gediş-gəlişin azlığından şikayətlənib:

“Müraciət edənlərin sayında kəskin azalma müşahidə olunur. Son aylarda gediş-gəliş çox azalıb”.

Digər bir şadlıq sarayı isə minimum menyularının 45 manatdan başladığını söyləyib:

“Qiymətlər çox qalxıb. Biz menyu qiymətlərini artırmamışıq. Müştəri gələndə endirim istəyir. Endirim edəndə də ziyana gedirik. Minimum qiymət 45-dən başlayır. Müəyyən endirimlər olur. Müraciət edənlərin sayında da get-gedə azalma müşahidə olunur. Oktyabr, noyabr və digər aylar çox zəifdir. Halbuki əvvəllər noyabr və dekabrda müraciət edənlər çox olurdu”.

Başqa bir restoran səlahiyyətlisi isə menyunun fərdə görə dəyişdiyini qeyd edib:

“İnsanların müraciəti azalıb. Bu, şübhəsiz ki, belədir. Qiymət artımı yoxdur. Sadəcə olaraq incəliklər var. Biz bir nəfərlik üçün qiyməti 35-40 manat edə bilirik. Amma gərək qonaq sayı 300-350 nəfər olsun ki, biz o toyu edə bilək. Standart menyu qiyməti tətbiq etməmişik. Müştəri ilə danışıb yerindəcə tərtib edirik. Kimsə menyuda fərqli təam istəyirsə, o təamın qiymətini iştirak edən insan sayına görə hesablayıb menyunun üzərinə əlavə edirik. Menyunun tərkibinə görə, qiymətlər müəyyənləşir. Bir qiymət siyasəti aparmırıq. İnsanlara uyğunlaşmağa çalışırıq.

Müraciətlərdə qonaq sayları azalıb. 300 əvəzi 100-150 nəfər gəlir. Bunu da etmək bizə sərf etmir. Çünki işçilərin maaşlarını ödəmək lazımdır. Bizdə qiymətlərdə bahalaşma yoxdur. Çox münasib qiymətlərdir. Minimum 45 manatdır. Noyabr ayı üçün zəiflik var. O da başa düşüləndir. Oktyabr ayında toylar çox olub deyə zəifləyib. Gözləniləndir”.

Restoranlardan biri başlanğıc menyunun 120 manat olduğunu bildirib:

“Bahalaşma menyu qiymətlərinə də öz təsirini göstərir. Standart menyu 120 manatdır. Müraciətlər bir qədər azalıb. Amma müraciət edənlər o qədər də az deyil”.

Digər bir şadlıq sarayında isə minimum menyu 70-75 manatdır:

“Menyu qiymətlərinin dəyişməsi gözləniləndir. Təbii prosesdir. Standart menyumuz 70 manatdan başlayır. Lakin müştəri sayı da az deyil”.

Müşahidələrdən aydın oldu ki, ən aşağı menyu 45 manatdır. 30-35 manata demək olar rast gəlinmədi.

Araşdırmalardan aydın oldu ki, ən aşağı menyu 45 manatdan başlayır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən çox oxunanalar