Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tender mafiyasına niyə “dur” deyən yoxdur? – Yeni faktlar

“Nərimanov Tibb Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibləri məlum olub...

PİA.az xəbər verir ki, dəyəri 17 min 324 manat olan 2 tender müsabiqəsinin qalibləri “Smart 86 Corp” MMC (VÖEN – 1102638431) və “Rn Corp 22” MMC (VÖEN – 1102636981) olub.

Məlumat üçün bildirək ki, hər iki şirkətin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8-də yerləşir. Nizamnamə kapitalları 10 manat olan şirkətlərdən biri (“Rn Corp 22”) 20.06.2022-ci il, digəri (“Smart 86 Corp”) isə 22.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.

“Rn Corp 22” MMC-nin qanuni təmsilçisi Məhərrəmov Rövşən Baladadaş oğlu, “Smart 86 Corp” MMC-nin qanuni təmsilçisi isə Sultanova Vüsalə Vaqif qızıdır.
Bu iki şəxs qeyd olunan ünvanda qeydiyyatda olan daha bir-neçə şirkətə rəhbərlik edirlər. Məhərrəmov Rövşən Baladadaş oğlu "Orlondo Az” MMC-yə (VÖEN- 1102637081), Sultanova Vüsalə Vaqif qızı isə “Delta 10 LT” MMC (VÖEN-1102638281), “Yaşam 88 LT” MMC (VÖEN-1102638301), “SL 99 Corp” MMC (VÖEN – 1102638151) və “Smart 86 Corp” MMC-yə (VÖEN – 1102638431) rəhbərlik edir.

Qeyd edək ki, bu şirkətlər də təsis olunduqadan qısa müddət sonra dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olublar.

Aşağdakı cədvəldə bənzər adlarda və fərqli ünvanlarda qeydı alınan şirkətlər verilib:

Məsələn, "Orlondo Az” MMC dövlət qeydiyyatına alındıqdan cəmi bir ay sonra Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçirdiyi 105 min 800 manat, iki ay sonra isə Qazax Dövlət Sosial İqtisad Kollecinin keçirdiyi 31 min 300 manat dəyərində tender müsabiqəsində qalib olub. “Delta 10 LT” MMC isə AMEA-nın 16 min 584 manatlıq tender müsabiqəsində qalib olub.

Məlumdur ki, cəmi bir ay əvvəl yaranan şirkətin təcrübəsi ola bilməz. “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsinin tələbinə görə tenderdə iştirak edən şirkətlərin müvafiq sahədə peşəkarlığı, təcrübəsinin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlılığı olmalıdır.
Bu şirkətlərlə bağlı diqqət çəkən əsas məqamlardan, daha doğrusu şübhəli məqamlardan biri odur ki, başqa ünvanlarda da bənzər adlarda şirkətlər təsis olunub və bu şirkətlərdə əsasən tenderlərdə qalib olurlar.

Bu şirkətlərin qeydiyyatda olduğu ünvanlarda və digər ünvanlarda (ünvanların bəziləri saxtadır) qısa müddət ərzində bənzər adlarda və eyni şəxslərin rəhbərlik etdiyi yüzlərlə şirkət açılıb... (yeniavaz.com)

pia.az


Etiket: Tender


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar